“Olimpiakos” “Neftçi” ilə oyunda heç bir problemlə üzləşməyəcək və mərhələni asanlıqla keçəcək”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas Yunanıstanın “Sdna” nəşrinə müsahibəsində deyib. 2019/20 mövsümündə Bakı klubunun formasını geyinmiş yunan futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos” – “Neftçi” cütlüyünü şərh edib. O hesab edir ki, “Olimpiakos” yüksək vəzifələri yetirməyə qadir olan daha səviyyəli komandadır: “Amma bütün matçlarda olduğu kimi, “Neftçi” ilə görüşdə də diqqətli olmaq lazımdır. Nəzərə alaq ki, rəqib bu mövsüm artıq 2 rəsmi oyun keçirib, “Olimpiakos” isə yox”.
32 yaşlı yarımmüdafiəçi Emin Mahmudov və Namiq Ələsgərovu sabiq komandasının ən təhlükəli iki futbolçusu adlandırıb: “Petro Martins (“Olimpiakos”un baş məşqçisi – red.) və futbolçuları bu iki oyunçuya xüsusi diqqət yetirməlidir. Mahmudovun Rusiyaya bağlılığı var. Uzun illər həmin ölkədə oynayıb. O, topu özündə yaxşı saxlamağı, onu itirməməyi və meydanda doğru mövqe seçməyi bacaran bir oyunçudur. Eyni sözləri Ələsgərov barədə demək olar. Yaxşı oyunçudur, rəqibin cərimə meydançasına təhlükəli həmlələri olur”.
Platellas bildirib ki, “Neftçi” açıq futbol oynayan komandadır: “Neftçi” müdafiəyə qapanan komandalardan deyil. Onlar iddialıdır və Çempionlar Liqasının qrupuna düşməyə cəhd edir. Ola bilər ki, onlar aqressiv oynamağı xoşlayırlar. Amma müdafiədə problemləri çoxdur. Bundan da “Olimpiakos”un futbolçuları lazımında istifadə edə bilərlər”.
O, sonda “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” haqda da danışıb: “Ora “Olimpiakos”u qorxuda biləcək arena deyil. Həmin stadionda atmosfer Yunanıstan stadionlarındakı kimi isti deyil”.
Xatırladaq ki, “Neftçi”nin “Olimpiakos”a qarşı ilk oyunu iyulun 21-i səfərdə, cavab matçı iyulun 28-i Bakıda olacaq.
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video