“Bizi çox çətin oyun gözləyir. İlk matçda istədiyimiz alınmadı. Bu dəfə öz oyunumuzu oynamağa çalışacağıq".
Qol.az xəbər verir ki, bu sözlər “Neftçi”nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi ilk matçdakı səhvlərindən nəticə çıxardıqlarını bildirib: “Onlarda çempionatın gedişidir, “Dinamo” bizdən hazırlıqlıdır. Amma çalışacağıq bu dəfə top daha çox bizdə olsun. Çünki ilk görüşdə bunu edə bilmədik. "Dinamo"nun üstün və zəif tərəfləri ilə bağlı baş məşqçi bizə öz tapşırıqlarını verəcək".
E.Mahmudov səfər qolu ləğvi barədə bunları deyib: "Əvvəl səfərdəki komandalar qol vurmağa çalışırdılar. Amma indi bir qədər fərqlidir. Məncə, yeni sistemə əsasən penalti seriyaları daha çox olacaq".
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Tbilisində keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar