"Neftçi" təlim-məşq toplanışı üçün bu ölkəyə gedir - 4 oyun...

"Neftçi" təlim-məşq toplanışı üçün bu ölkəyə gedir -  4 oyun...
ÖLKƏ FUTBOLU 7 İyun 2021 / 12:48 3151
-  A +

Premyer Liqamızın son çempionu “Neftçi”nin harada hazırlıq keçəcəyi məlum olub.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, paytaxt təmsilçisi iyunun 16-da Türkiyəyə yollanacaq. Bir gün orada qalacaq komanda növbəti gün Sloveniyaya gedəcək. Təlim-məşq toplanışı bu ölkədə keçiriləcək.

"Neftçi" Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq. Komanda bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Daha çox


Son xəbərlər
topaz banner