"Qarabağ"ın və "Legiya"nın sabiq futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Varşava təmsilçisinə transferi barədə danışıb.
Qol.az xəbər verir ki, millimizin üzvü şənbə günü Polşaya gedib və bu həftə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir. Jezniçak isə "legia.net"ə müsahibəsində bu keçidlə bağlı sualları cavablandırıb.
- "Qarabağ"da oynadığı dövrlərdən tanıdığınız Mahir Emreli "Legiya"ya qoşulur. Bu, paytaxt klubu üçün yaxşı transferdir?
- Məncə çox yaxşıdır. Hər şeydən əvvəl Mahir hələ gənc bir oyunçudur. İkincisi, onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm. Qeyd etmək lazımdır ki, "Qarabağ" da "Legiya" kimi çox oyun keçirir və yerli liqada üstünlük təşkil edir. Düşünürəm ki, dərhal heyətə düşə bilən və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. "Legia"ya başqa klublardan və liqalardan gələn futbolçuların əvvəllər fərqli bir sistemdə çalışdıqları və fərqli tərzdə oynadıqları çox olur. Mahirə gəlincə, bu problem olmayacaq, "Legiya"nın oyun üslubuna uyğunlaşacaq. Üstəlik güclü, sürətli, çox yaxşı bir sol ayağı, texnikası var.
- Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiniz. Bəs, onun liqanın ən yaxşı hücumçusu olacağını demək olar? Həmçinin, "Qarabağ" əvvəlki mövsümdə "Legiya"ya 3:0 hesabı ilə qalib gəlib.
- Düşünürəm ki, bu cür müzakirələrin mənası yoxdur. Mahir "Legiya" üçün keyfiyyət göstərməli və qol vurmalıdır. Emrelinin böyük potensialı var. Düşünürəm ki, zərbə vuranda bu, onun komandasının xeyrinə olacaq. Mən onunla danışdım. "Legiya"ya transferinə möhtəşəm Avropa futbolunun bir dayanacağı kimi baxması çox xoşuma gəlir.
- Emrelinin ən böyük üstünlüyü nədir?
- Sol ayaq zərbəsi. Top ayağına düşəndə qapıya çox tez zərbə vurur. Zərbəsi çox güclüdür. Texniki cəhətdən də yaxşıdır.
- Əks-hücumlar üçün keyfiyyətlidir?
- Mahirin hər iki taktikaya da uyğun gələcəyini düşünürəm. Mahir kombinasiyalı oyuna da uyğundur. Azərbaycanda ümumiyyətlə, hücumameyilli cinah oyunçuları var. Düşünürəm ki, Mahirin çıxışı kombinasiya oyununda da yaxşı alınacaq.
- Bəs, onun zəif tərəfləri nədir?
- Hava mübarizələri və ya ona uzun ötürmələr zamanı problem yaşaya bilər. Onun korpusla oyunu yüksək səviyyədə deyildi. "Qarabağ"da çıxış etdiyim anı nəzərdə tuturam. Sonra oyunlarını izləməmişəm. Əgər bu səhvləri düzəldibsə, deməli, çatışmazlıqlar çox deyil.
- Mahir həm də sizin dostunuzdur. O, hansı xarakterə sahibdir?
- İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, onlar yaxınları ilə görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc olanda "Lans" akademiyasında təhsil alıb. O bir müsəlmandır. Həmişə yerli və əcnəbi komanda yoldaşları ilə çox yaxşı əlaqə qururdu. Zarafatlar edir və ingilis dilində çox danışır. Rus dilində də, Azərbaycan dilində də, türkcə də danışa bilir. O, Fransız dilində də ünsiyyət qurur. Lakin "Qarabağ"da bu dildə danışacaq bir adamı yox idi. İnanıram ki, Polşa dilini də tez öyrənə bilər. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadığı üçün belə düşünürəm. "Legiya"nın onunla heç bir problemi olmayacağına inanıram. Düşünürəm ki, uyğunlaşma tez və asanlıqla həyata keçiriləcəkdir.
- Həmyerliləri Polşada onu çox isti qarşıladılar. Mahir Azərbaycanda o qədər çox bəyənilir, yoxsa azərbaycanlılar hamıya belə münasibət göstərir?
- Hər iki amil var. Bu, məni təəccübləndirmədi. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. İnstaqramda onlarla yazışıb, görüşmüşəm. Azərbaycanlılar tanıdıqları şəxslə yaxından maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi, çox populyar bir futbolçudur.
- Mahir də səmimi görünürdü.
Hə, hə. Hamı ilə çox tez əlaqə qurur. Azərbaycana gedən bir neçə gün sonra onunla tanış olduq. O və İbrahim Şehiç iki il ərzində ən yaxşı münasibətdə olduqlarım idilər.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir