"Hamı istəyir ki, milli yaxşı nəticə qazansın. Amma hər 3 oyun ikisi rəsmi olmaqla məğlubiyyətlə bitdi. Serbiya ilə evdə nəticə qazanmaq olardı. Serbiya o qədər də gözlənilən futbol nümayiş etdirmirdi.Amma daha çox müdafiə olunmağımıza görə rəqib bundan yararlanırdı. Vacib oyunda qollar vurub qələbə qazandılar".
Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in hücumçusu Rauf Əliyev deyib. Millimizin sabiq oyunçusu düşünür ki, serblərə qarşı yaxşı mübarizə apararaq qələbə qazanmaq olardı.
O, milliyə dəvət almamağı haqda suala cavab olaraq deyib ki, özü heyətdə olsaydı da belə, nəsə dəyişməyəcəkdi: "Futbol kollektiv oyundur, bir oyunçu ilə nəsə etmək mümkün deyil. Ola bilsin dəvət ona görə almadım ki, son zamanlar az oynamışam. Amma dəvət alsaydım belə, ciddi dəyişikliyə inanmazdım. Kollektiv oyunun çox incəlikləri var. Ona görə bir nəfərlə nəyisə həll etmək olmaz. O ki qaldı milliyə hazır olub-olmamağıma, yaxşı oyunlar keçirəcəmsə, fiziki cəhətdən formada olacağamsa, niyə də dəvət olunmayım?!"
R.Əliyev kollektiv şəkildə oynaya bilməməyimizdən danışıb: “Bu gün futbolumuzda çox şey çatışmır. Ən əsas futbolda daxili çempionatın səviyyəsidir, o da aşağı düşüb. Keyfiyyət aşağıdır, istənilən qədər oyunçu seçimi yoxdur, olan oyunçuların çoxu da ölkə çempionatında çıxış edir. Çox məsələ var ki, öz təsirini göstərir".
Sonda "Səbail"in forvardı Azərbaycan Premyer Liqasından danışıb: “Son dövrədir, klublar öz yerini möhkəmləndirmək üçün çalışır. Daha gərgin, daha maraqlı oyunlar olacaq. Əsas odur ki, zədəsiz oyunlar keçirək".
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı