"Bakı gözəl şəhərdir, buranı çox bəyəndik".
Qol.az xəbər verir ki, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Azərbaycanın 1-ci turda Portuqaliya ilə matçını (0:1)izlədiyini vurğulayıb: "Yaxşı komandaya qarşı oynayacağıq. Sabah çətin oyun olacaq. Rəqib fiziki baxımdan hazırlıqlıdır. Bizə çətinlik yaradacaqlarını istisna etmirik. Əsas hədəfimiz yalnız qalibiyyət olacaq".
Baş məşqçinin sözlərinə görə, sabah uduzsalar, bu, faciə hesab olunmayacaq: "Məğlubiyyət də oyunun bir hissəsidir. Amma final mərhələsinə getmək istəyiriksə, qalib gəlməliyik. Bilirik ki, sabah çətin komandaya qarşı oynayacağıq. Futbolda asan rəqib yoxdur. Azərbaycan millisi istənilən komandaya problem yaradan komandadır. Lakin sabah 3 xal qazanacağımıza inanıram".
56 yaşlı mütəxəssis Serbiya yığması ilə Bakıya gələn Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç haqqında söhbət açıb: "Subaşiç yaxşı futbolçu olub. Eyni zamanda, yaxşı insandır. Azərbaycan millisində keçdiyi yolu, vurduğu 7 qoldan xəbərdarıq".
Stoykoviç Portuqaliya ilə matçda rəqib komandanın kapitanı Kriştiano Ronaldonun sayılmayan qolu barədə də danışıb: "Hazırda bizim üçün önəmli olan sabahkı matçdır. Portuqaliya ilə matç geridə qalıb. Artıq həmin görüşdə deyilik. Ona görə bu barədə düşünmək istəmirəm. Ona qalsa, Ronaldo da ofsayddan qol vurmuşdu. Düzdür, üzr istədilər. Amma nəticə dəyişmədi. Həmin epizoda bir rakursdan baxanda top qapı xəttini keçmiş kimi görünürdü. Digər rakursdan isə fərqli görünürdü. Mübahisəli epizoddur".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”