Sosial şəbəkələrdə Azərbaycan milli komandasının və "Sabah"ın futbolçusu Aleksey İsayevin paylaşımı azərbaycanlı istifadəçilərin ciddi etirazına səbəb olub.
Qol.az xəbər verir ki, milliləşdirilmiş futbolçu dünən Portuqaliya ilə DÇ-2022-nin seçmə matçında (0:1) 84-cü dəqiqədə meydana çıxıb. Bununla əlaqədar İnstaqramda futbolçuya ünvanlanan təbriklər arasında bir erməninin paylaşımı da olub.
Erik Avetyan adlı istifadəçinin "Qardaşım, debütün mübarək. Hər şey irəlidədir" mətnini öz History-sində paylaşan İsayev cavabında "Təşəkkür edirəm, mənim qardaşım" yazıb və ürək, dostluq emojisi atıb.
Azərbaycanla Ermənistan arasında hələ də gərgin münasibətlərin davam etdiyi vaxtda millimizin futbolçusunun erməni dostlarına nümayişkaranə şəkildə belə sözlər yazması qəzəb doğurub.
Sonradan futbolçu bu paylaşımını pozub.
Məsələ ilə bağlı hələlik AFFA və "Sabah" klubu açıqlama verməyib.
Xatırladaq ki, Aleksey İsayev Rusiya futbolunun yetirməsidir. O, 2018-ci ildə "Sumqayıt" klubuna gətirilib. Bir müddət keçdikdən sonra milliləşdirilib.

“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi