Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunub.
Qol.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.
Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. "Lion" səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb. Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
7 avqust
Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)
İlk oyun - 0:1
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun - 2:1
8 avqust
23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1
23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 3:0
1/4 final
12 avqust
23:00."Atalanta" (İtaliya) - PSJ (Fransa)
13 avqust
23:00."Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)
14 avqust
"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi
15 avqust
“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa)
Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək