“Zirə”nin baş məşqçisi Zaur Həşimov Qol.az-a müsahibəsində ilin yekunları, transfer planları və digər məsələlərdən danışıb.
- Mövsümün birinci yarısını “Zirə” üçün necə qiymətləndirirsiniz?
- Mən 7-ci turda komandaya gəldim. 2 ay ərzində Avroliqaya şans verən pillələrdən düşməmək üçün əlimizdən gələni etdik. Çalışdıq ki, 4-cü yerə yaxın olaq. Qışa qədər istədik ki, maksimum dərəcədə bunu saxlaya bilək.
- 5-ci pillədə qış fasiləsinə yollanmaq nə dərəcədə qaneedici nəticədir?
- Hər birimiz ön pillələrdə olmağı istərdik. Nəzərə alsaq ki, "Zirə" mövsümə yaxşı start vermədi, çoxsaylı məğlubiyyətlər, heç-heçələr oldu. Bu gün üçün ümid var ki, biz gələcəkdə mübarizəmizi daha yaxşı apara bilərik.
- “Zirə”yə gəlişinizdən sonra komanda ardıcıl xallar qazanmağa başladı. Komandada nəyi dəyişdiniz?
- Oyun planında əsasən sadəlik tələb etməyə başladım. Meydanda yerdəyişmələrin çox olmamasına çalışdım. Yəni, futbolçular həddindən artıq gözəllik axtarmasınlar, sadə oynasınlar. Və ən əsası əzmkarlıqdır. Bizim çempionatda “Qarabağ” və “Neftçi”dən başqa qalan 6 komanda eyni səviyyədədir. Düzdür, 6 klub arasında yaxşı legionerlərə və yerli oyunçulara sahib olanlar da var. Amma aşağı-yuxarı mübarizə cəhətdən hər biri eynidir. Onların arasında qələbəyə istək, əzmkarlıq hansında çox olursa, o da qalib gəlir. Oyunçulara məhz bunu aşılamaq istədim. Deməzdim ki, bu, bizdə tam qaydasındadır, amma qismən alınıb.
- “Zirə” tranfer işində fəallıq göstərir. İki hücumçu aldınız. Başqa hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Müdafiə xəttinə 2 oyunçu almaq istəyirik.
- Yerli, yoxsa legioner?
- İstəyirik ki, yerli cinah müdafiəçisi alaq. Bu mövqe üçün mütləq yerli oyunçu axtarırıq. Çünki yerli futbolçulardan bir qədər qıtlıq çəkirik. Yerli oyunçular olmasa, aldığımız digər futbolçulardan istifadə edə bilmirik. Ola bilər ki, mərkəz müdafiəçisi kimi legioner transfer olunsun.
- Qış fasiləsində müqaviləsi başa çatacaq və ya göndəriləcək oyunçu olacaq?
- Müqaviləsi başa çatan yoxdur. Amma qarşılıqlı razılaşma əsasında bir neçə oyunçu ilə yolları ayırmaq istəyirik. Ad çəkməyəcəm, bu oyunçuların özləri üçün də yaxşı olmaz.
- Legioner hücumçu transfer edəcəksiniz?
- Xeyr, heyətimizdə kifayət qədər hücumçu və hücumameyilli oyunçular var. Ona görə də yeni hücumçu transferi olmayacaq.
- Elvin Məmmədov və Bəxtiyar Həsənalızadənin komandadan göndəriləcəyi deyilir. Nə dərəcədə doğrudur?
- Bəzi oyunçularla danışıqlar gedir. Onların arasında müəyyən səbəblərə görə müqaviləni pozmaq istədiyimiz yerli və legioner oyunçular var. Bu barədə özlərinə bildirilib. Hazırda ad çəkmək istəmirəm. Yəqin ki, bir neçə günə rəsmi məlumat veriləcək.
- Kubokda yarımfinalda “Qəbələ”yə rəqibsiniz. Bu turnirdə hədəfiniz nədir?
- Nəinki kubok, hətta çempionatda da bacardıqca irəli getmək istəyirik. Finalda oynamalıyıq deyə qarşımıza məqsəd qoymamışıq.
Azad NURİYEV
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov