Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını idmanla məşğul olmağa çağırıb.
Qol.az xəbər verir ki, 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimində çıxış edən Prezident bildirib: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcək. Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim artıq həyatda öz əksini tapır. Bəlkə də indi siz yaxşı xatırlayırsınız ki, rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı mən dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə edirdim ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin və bilsin, onun sağlamlığı, səhhəti nə yerdədir. Əgər hər hansı bir xəstəliyin ilkin təzahürləri varsa, dərhal müalicə alsın və sağalsın. Bütün şəhərlərdə, rayonlarda müasir, özü də ən yüksək dünya standartlarına cavab verən tibb mərkəzlərimiz yaradılandan sonra artıq bu prosesə daha çox meyil göstərilir. Ondan sonra biz bunu mütəşəkkil qaydada icra etməyə başladıq. Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var”.
Dövlət başçısı bizim idman şöhrətimizi yüksəklərə aldıran görkəmli idmançılarımıza da tövsiyə edib ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər: “Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Baxın, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanmışdır. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.
Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaq”.
Konte: “Prezidentlə danışığımız həlledici oldu”
"Liverpul" Virtzin transferini rəsmən açıqladı
“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer
"Qarabağ"dan növbəti transfer - Rəsmi
"Sabah"ın yay hazırlıq planı bəlli oldu
"Liverpul" onunla 5 illik müqavilə imzalayacaq
Millimizin təlim-məşq toplanışı üçün heyəti
AFFA prezidenti FIFA Sammitində
UFC ulduzlarının “Qarabağ” ziyarətindən - Şəkillər
Florian Virtz yeni klubu üçün tibbi müayinədən keçdi
Dirk Kuyt istefaya göndərildi
"Neftçi" Polşaya gedir - 2 rəqib bilindi
"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev
Azərbaycan güləşçisi diskvalifikasiya edildi
Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı
İlham Əliyev UFC prezidentini qəbul etdi - Şəkillər
1 il əvvəl komandası avrokubokda "Zirə"yə qarşı oynamışdı - İndi özü Azərbaycanda çalışacaq
"Araz-Naxçıvan"da 2 yeni müqavilə
Messi: "Ronaldoya heyranlıq duyuram"
"Sabah"ın yeni baş məşqçisi açıqlandı
Akvilani B seriyası klubunda
Olcay Şahan baş məşqçi oldu
PSJ dünya çempionatında belə uduzdu - Video
"Zirə" - "Hayduk" matçının vaxtı dəyişdirildi
“Mançester Siti”yə 2 milyon funtluq cəza
Messinin cərimə zərbəsindən vurduğu gözəl qol - Video
"Gələcəyə ümid verən komandamız var" - Aqil Nəbiyev
Mbappe xəstəxanadan buraxıldı
Messi qol vurdu, "İnter Mayami" qalib gəldi
Kundenin gələcəyi ilə bağlı planı bilindi
"Şamaxı" "Karvan"la üz-üzə gələcək
Dünya çempionatının oyunu yarımçıq dayandırıldı
Kurtua: "Bəzi köhnə vərdişlər hələ də qalır"
Cüdoçumuz turniri medalsız başa vurdu - Dünya çempionatı
Millimiz Moldovaya qalib gəldi
"Bayer" "Liverpul"un oyunçusunu hədəflədi
Mbappe xəstəxanaya yerləşdirildi
"Nyukasl"ın Reşford planı
"Arsenal" onun üçün 60 milyondan çox pul xərcləyir
Enrike: "Bütün oyunçularım “Qızıl top”a layiqdir"
"Liverpul"dan "Ayaks"a - Rəsmi
AFFA "Şamaxı"nın məşqçisinin 1 illik cəzasını azaltdı