"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda 3:1 hesablı qələbədən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Mənə elə gəlir ki, iki matçın ümumi nəticəsi yaxşı oldu. Bu qarşılaşmada da yaxşı çıxış etdik. İli yüksək əhval-ruhiyyə ilə yola saldıq. Hər şeyi unudub, fikrimizi istirahətə yönəltmək istəyirik ki, sonra eyni xətt üzrə davam edək.
- Kubokda növbəti rəqib "Sumqayıt" olacaq. Hansı ki, bu gün "Neftçi"ni mübarizədən kənarlaşdırdı.
- Artıq bütün rəqiblərin gücünə bələdik. Rəqibin kimliyindən asılı olmayaraq hər oyun çətindir. Eyni zamanda, onlar da bizim oyun tərzimizə bələddirlər. Amma çalışacağıq ki, həmin matçda da bu gün olduğu kimi parlaq oyun nümayiş etdirib, qalib gələk.
- 6 aydan çoxdur "Qarabağ"ın heyətindəsiniz, geridə qalan müddətdəki oyununuza baxan zaman komandaya istədiyinizi verə bilmisiniz?
- Burada olduğum ilk gündən hər kəs mənə çox yaxşı münasibət bəsləyib. Həm şəhər, həm də klub cəhətdən burada olduğum üçün çox şadam. Bir müddət elə oldu ki, zədələndim, komandama kömək edə bilmədim. Amma ümumi götürdükdə hərşeydən razıyam və ümid edirəm ki, qarşıda daha da yaxşı çıxış edəcəyəm.
- Bu gün Qurban Qurvanovun oğlu əsas heyətdə debüt etdi. Necə fikirləşirsiniz, qarşıda Musa ilə yaxşı tandem təşkil edə bilərsiniz?
- O, hələ çox gəncdir. Onu məşqlərdə də görürəm. Fikrimcə, doğru yoldadır və düzgün şəkildə inkişaf edir. Yaxşı futbolçudur, gələcəkdə də yaxşı oyunçu olacağına inanıram. Belə davam edərsə, daha yüksəklərə qalxa bilər.
- Öz qardaşınız barədə nə deyə bilərsiniz? Onu "Qarabağ"ın əsas heyətində görə bilərik?
- Qardaşımla eyni komandada oynamaq mənim arzumdur. O da gəncdir. Hələ ki, böyük sevgi ilə futbola köklənib. Daha çox məşq edir. Sonda bununla bağlı qərar verən şəxs isə baş məşqçimizdir. Hərşey onun fikrindən aslıdır. Yenə deyirəm, qardaşımla bir komandada oynamaq mənim üçün böyük xəyaldır.
- Özünüz komandaya gələn kimi əsas heyət oyunçusu oldunuz. Ümumiyyətlə, qardaşınızda əsas heyətə düşəcək potesialı görürsünüzmü?
- Qardaşım olsa da, onunla bağlı fikirlərimi bildirəndə obyektiv olmağa çalışıram. Futbol bir çox faktorlardan asılıdır. Bəxt amili də var. Onu deyə bilərəm ki, o, üzərində çox çalışır, zəhmətkeş və əzmkardır. Söylədiyim kimi, bu məsələdə qərarları ancaq baş məşqçi verir.
- Ötən mövsüm bu vaxt "Neftçi" qış fasiləsinə kifayət qədər üstün yollanmışdı. Sonda isə "Qarabağ" vəziyyəti dəyişib, çempion oldu. İndi isə əksinə, "Qarabağ" liderdir. Keçən il komandanızın təkrarladığı uğuru bu il "Neftçi" edə bilərmi?
- Ümumiyyətlə, çempionatda az da olsa, boşluq versən, istənilən komanda səni cəzalandıracaq. Biz böyük komandayıq. Öz işimizə köklənsək, onların etdiyi səhvi təkrarlamarıq. "Neftçi"dən də çox şey aslıdır. Ümid edirəm ki, eyni hadisə bizim başımıza gəlməz.
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”
Niderland Tunisi mundialdan 3 qolla yolladı - Video
Arda Güler ABŞ-la oyunun ən yaxşısı oldu
Ekvadordan Almaniya üzərində əzmkar qələbə - Video
Millidə tarixi qol vurdu
Kot d'Divuar və Ekvador pley-offa yüksəldi - Yenilənib
Azərbaycan teleməkanında bir ilk
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."