Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkil etdiyi tədbirdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini bildirib.
Qol.az xəbər verir ki, voleybol millimizin sabiq baş məşqçisi Ağdam təmsilçisinin çalışdırıcısı haqda müsbət sözlər deyib. Qurban Qurbanovun fəaliyyətini izlədiyini söyləyən F.Qarayev ona çox böyük hörməti olduğunu söyləyib:
“Düzdür, əcnəbi məşqçilərə də hörmətim var. Amma Qurban Qurbanov tamam başqadır. Onun uğurları, göstərdiyi nəticələr bizim üçün əzizdir. Həmyerlimizdir, özümüzündür. Demək istəyirəm, ki mən hər zaman Qurbanın yanındayam. Bəlkə də təşkilatçılar ona olan münasibətimi biliblər və bu mükafatı ona verməyimi təşkil ediblər. Mənim üçün Qurbana mükafat vermək çox xoşdur. Onun uğurları çox əzizdir ".
Tədbirin aparıcısı Sənan Şəfizadənin "Müəyyən vaxtda eyni anda həm klub, həm də millidə işləmisiniz. Bir məşqçinin iki işdə işləməsi çətin deyil ki?” sualına F.Qarayev belə cavab verib:
"Mən işlədiyim dövrdə voleybolumuzda əsas bir klub var idi və bu, millinin baza komandası sayılırdı. Əsas heyət orada idi. Sözsüz ki, həm yığmada, həm klubda digər məşqçilər də var idi. Mən isə ümumi rəhbərlik edirdim. Düzünü desəm, fərqləndirmək mənim üçün çətindir. Türkiyədə olanda da mən "Vakıfbank"da baş məşqçi idim. "Vakıfbank" mənim rəhbərliyim altında ilk dəfə Çempionlar Liqasında qrupa düşdü. Ondan sonra mənə Türkiyə millisini təklif etdilər. Mən imtina edəndə dedilər ki, "Yox, Faiq, bizə kömək et, bizə lazımsan". Mən bir daha qeyd edirəm ki, Qurbanın nəticələri önəmlidir. Çox sevinirəm ki, belə bir həmyerlimiz var. Qurbanın nəticələri ona görə sevilir ki, bu adam daim öz üzərində çalışır".
Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, Q.Qurbanov 2019-cu il üçün Azərbaycanda ilin məşqçisi seçilib.
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”
Niderland Tunisi mundialdan 3 qolla yolladı - Video
Arda Güler ABŞ-la oyunun ən yaxşısı oldu
Ekvadordan Almaniya üzərində əzmkar qələbə - Video
Millidə tarixi qol vurdu
Kot d'Divuar və Ekvador pley-offa yüksəldi - Yenilənib
Azərbaycan teleməkanında bir ilk
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."