"Bizdə bu qol sayılmırsa, demək problemimiz var" - Aftandil Hacıyev

"Bizdə bu qol sayılmırsa, demək problemimiz var" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 19 Dekabr 2019 / 18:26 2669
-  A +

“Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar".
 
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 finalnın "Zirə" ilə cavab matçından (0:1) sonra mətbuat konfransında deyib.

Oyundan əvvəl rəhbərliklə komanda arasında heç bir görüşün olmadığını deyən çalışdırıcı komandadan ayrılaq futbolçuların dəqiqləşmədiyini bildirib: "Mükafat haqqında isə danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq. Yevgeni Koçuk və Aleksandr Rıbkanın gedəcəyi ilə bağlı xəbərlərə gəlincə, rəsmi bir şey yoxdu. Özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər".
 
A.Hacıyev hakimin onların təmiz qolunu qeydə almadığını da qeyd edib: "Oyunun sonlarında tora daxil olan, amma sayılmayan top məncə, təmiz qol idi. Kərim Benzema təxminən belə qol vurmuşdu.  Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var”.

Daha çox


Son xəbərlər