Vinfred Şefer: “Buduçnost” zəif rəqib deyil”

Vinfred Şefer: “Buduçnost” zəif rəqib deyil”
ÖLKƏ FUTBOLU 21 İyun 2010 / 18:11 2424
-  A +

”Bakı”nın baş məşqçisi Vinfird Şefer avroliqanın ikinci mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis komandamıza rəqib olan Çernoqoriya “Buduçnost”unu heç də zəif rəqib olmadığını söyləyib: 
“İlk növbədə onu deyim ki, avroliqada zəif rəqib olmur. Demək olar ki, heç bir rəqibi asanlıqla məğlub etmək mümkün deyil. Biz yarışda uğurla çıxış etmək istəyirik. Məqsədimiz irəli getməkdir. İnanıram ki, növbəti mərhələyə vəsiqə qazanacağıq. Bunun üçün yaxşı hazırlıq keçməli, eyni zamanda yüksək səviyyəli oyunçular transfer etməliyik. Vaxtımız azdır. Lakin  əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə yüksələk”.    

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır