Şefer Toqo yığmasının vitse-kapitanını “Bakı”ya gətirdi

Şefer Toqo yığmasının vitse-kapitanını “Bakı”ya gətirdi
ÖLKƏ FUTBOLU 18 İyun 2010 / 18:50 3077
-  A +

Avroliqa yarışlarında uğurlu çıxış etməyi qarşısına məqsəd qoymuş “Bakı” klubu heyətini gücləndirməkdir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Vinfrid Şeferin dəvəti ilə Toqo yığma komandasının vitse-kapitanı Dare Nibombe “Bakı” ilə bir illik müqavilə imzalayıb.
2006-cı il dünya çempionatında bu ölkənin şərəfini qorumuş Nibombe yığma heyətində keçirdiyi 52 oyunda 2 qol vurub. Dünən 30 yaşını qeyd etmiş Dare Nibombe mərkəz müdafiəçisidir və 1 metr 96 santimetr boyu ilə seçilir.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır