Türkiyə çempionatının əzəli rəqibləri - «Qalatasaray» və «Fənərbaxça» Azərbaycanda bir-birilə oyun keçirə bilərlər. Qol.Az-ın məlumatına görə, bu sensasiyalı xəbəri Türkiyənin «Vətən» qəzeti yayıb. Bildirilir ki, hər iki klub aralarındakı gərgin münasibətləri yoluna qoymaq üçün fəaliyyətə başlayıblar. Artıq «Qalatasaray» və «Fənər» müştərək mağaza açmaq qərarına gəlib. Bundan başqa, yaxın gələcəkdə «Qürbət kuboku» adlanan oyun sayəsində klublar həm münasibətlərini normallaşdırmağa, həm də əlavə gəlir götürməyə çalışacaq.
«Qürbət kuboku» oyununu türklərin daha çox yaşadığı ölkələrdə keçirilməsi nəzərdə tutulur. İlk belə matçın Almaniyada oynanacağı gözlənilir. Qalib olacaq komandanın buna görə üç milyon türk lirəsi qazanacağı bildirilir.
Oyunu «Spor toto» təşkilatı həyata keçirəcək. Artıq bu il iyulun 21-də ilk «Qürbət kuboku» yarışının Almaniyada keçirilməsi barədə razılıq əldə olunub.
Növbəti illərdə isə bu oyunun türklərin daha çox yaşadığı İsveçrə, Fransa, ABŞ, Belçika və Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi