Qroznının «Terek» klubu millimizin müdafiəçisi Saşa Yunisoğludan imtina edib. Qol.Az-ın «Futbol +» qəzetinə istinadən verdiyi məlumata görə, bu haqda «Terek»in məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, müdafiənin mərkəzinə «Feyenord»un oyunçusunu cəlb etdiklərindən Saşanın xidmətlərinə ehtiyac duymayıblar.
Məlumatda «Terek»in Saşayla maraqlanması təsdiqlənsə də, onun Qroznı klubuna baxışa yollanması barədə xəbərlərin doğru olmadığı da qeyd edilib.
Futbolçu özü isə «Terek»ə keçidinin öz günahı ucbatından baş tutmadığını söyləyib: «Türkiyəyə yollanıb orada təlim-məşq toplanışında olan «Terek»in yoxlama oyunlarından birində baxışdan keçməliydim. Amma öz günahım ucbatından Türkiyəyə vaxtında gedə bilmədim. Mən ilk növbədə «Bakı» rəhbərliyi ilə görüşüb, halallıq almaq istəyirdim. Ancaq dəvət bayram günlərinə təsadüf etdiyindən, «Bakı»da heç kimi tapa bilmədim. Daha sonra Türkiyəyə bilet tapmaqda çətinlik yarandı. Hardasa 4 gün ləngimə oldu. Elə yola düşmək ərəfəsində zəng gəldi ki, «artıq xidmətinə ehtiyac duymuruq, sənin mövqeyinə futbolçu tapmışıq». Qarşı tərəfdən qətiyyən incimirəm. Yenə deyirəm, ilk növbədə günahkar özüməm».
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi