Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının oyunları zamanı tribunadan gələn vuvuzelanın səsi futbol bayramının qanqaraldıcı hissəsinə çevrilib. Xüsusilə Avropada tamaşaçıların etirazlarından sonra telekanallar vuvuzelanın səsinin efirə verilməməsi üçün yollar axtarmağa başlayıb. Hələlik vəziyyətdən çıxış yolu tapmaq mümkün olmur…
Bəs, vuvuzela nədir və necə yaranıb?
Vuvuzela əleyhdarlarının fikrincə, bu alət əsəblərə toxunan səs çıxarır, futbolçular və məşqçilərin oyuna köklənməsinə mane olur.
Vuvuzelanın Afrika mədəniyyətilə dərin bağlılığı olması barədə iddialar dəfələrlə şübhə altına alınıb. Amma məlumdur ki, Afrikada yaşayan aborigenlər antilopanın buynuzundan hazırlanmış bu alətdən səs çıxarmaqla qəbilədə iclas olacağını elan edirmişlər.
Futbol matçlarında isə vuvuzela əsasən ötən əsrin 1990-cı illərinin sonrlarından məşhurlaşmağa başlayıb. 2001-ci ildə isə Cənubi Afrikanın «Masincedane Sport» şirkəti vuvuzelanın plastik versiyasının kütləvi istehsalına başlayıb. Bu alətdən daha çox arı vızıltısını xatırladan səs çıxır. Vuvuzela Cənubi Afrikanın iki böyük klubu - «Kayzer Çifs» i «Orlando Payrets»in azarkeşlərinin əvəzedilməz «silah»ı hesab olunur. Birincilərin fanatları sarı, ikincilərin tərəfdarları isə ağ-qara rəngli vuvuzelalardan istifadə edirlər.
Vuvuzela 2009-cu ildə keçirilən Konfederasiyalar kuboku zamanı diqqət çəkməyə başlayıb. Hələ o zaman FİFA vuvuzelanın 2010-cu ildə keçiriləcək dünya çempionatında istifadəsinə qadağa qoyulacağını bildirmişdi. Bunu onunla əsaslandırmışdı ki, xuliqanlar vuvuzeladan silah kimi də faydalana, həmçinin müxtəlif şirkətlər bu alətdə öz reklamlarını yerləşdirə bilərlər. Bu zaman Cənubi Afrika Futbol Assosiasiyası vuvuzelanın ölkə futbol mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi. Bundan sonra FİFA DÇ-2010-da vuvezalanın istifadəsinə icazə vermişdi.
Əksər teleşərhçilər, futbolçular və tamaşaçılar FİFA-nın bayrağı altında keçirilən yarışda vuvuzelanın səslənməsinin əleyhinədir. Beynəlxalq futbol qurumu bununla bağlı Avropa telekanallarından etiraz məktubları alsa da, onların rəyilə hesablaşmadı.
Cənubi afrikalılar isə iddia edir ki, vuvuzeladan çıxan səs futbol matçlarında əla atmosfer yaradır.
FİFA prezidenti Zepp Blatter də vuvuzelaya qadağa qoyulmasının əleyhinədir: "Mən həmişə demişəm ki, Afrika başqa ritm, başqa mühitdir. Mən afrikalı futbol fanatlarına onların öz ölkələrində vuvuzeladan istifadə etmələrinə qadağa qoyulmasına səbəb görmürəm. Siz öz ölkənizdə əcnəbi bir qurum tərəfindən mədiniyyətinizin tərkibi olan bir alətə qadağa qoyulması bəyənərdizmi?»
Bəli, Blatter və FİFA inadından dönmədi və nəticədə milyonlarla futbol azarkeşi dünya çempionatına əsəblərinə toxunan səsi eşitməklə baxmaq məcburiyyətində qaldı.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir