“Mən gələn kimi qərara gəldik ki, ilk növbədə cavan futbolçular yetişdirmək lazımdır. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandadada oynamırdı, indi doqquz nəfər oynayır”. Bu sözlər özünün dediyi kimi, “Azərbaycanın brendi” hesab edilən “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.
Yaxşı sözlərdir, deyilmi? Həmin vaxt dünya şöhrətli yazıçı onun futbola gəlişini birmənalı qarşılamayanlara gözəl və tutarlı cavab verərək demişdi ki, mən özüm futbol oynamayacağam ki? Çingiz müəllim həmin müsahibələrinin birində özü barədə belə bir fikir də söyləmişdi ki, o, hər yerdə birinci olmağı xoşlayır. Necə ki, bu gün dünyada ən çox oxunan yazıçı kimi birincilər sırasında gedir, onun rəhbərlıik etdiyi klub da birincilər sırasında olmalıdır. Həm də təkcə ölkə miqyasında yox! Çünki komanda uzun illərdir Azərbaycan futbolunun flaqmanı kimi tanınır. Yox, əgər klubu birincilər sırasına çıxara bilməsə, onda istefa verəcək.
Əlbəttə, detektiv janrda yazdığı romanlarla dünyaya səs salan həmyerlimizin bu sahədə əldə etdikləri qibtə hissi doğurmaya bilməz. İndiyədək onun 200-dən çox romanı işıq üzü görüb, kitablarının umumi tirajı 28 milyon nüsxəni ötüb. Yazıçının əsərləri dünyanın 30 dilinə tərcümə olunub, ssenarisi əsasında 10 film çəkilib,14 beynəlxalq mükafata layiq görülüb. Çingiz müəllimin uğurları bunlarla bitmir. O, dörd dəfə Yazıçılar Birliyinin katibi seçilib – 28 ildir həmin vəzifədə çalışır. Çingiz Abdullayev 18 təşkilata rəhbərlik edir və ya onun həmsədridir. Belə məşhur bir ziyalının futbola gəlişi şübhəsiz ki, inkişafa və yeni bir mərhələyə qədəm qoymağa xidmət etməli idi.
Təəssüf ki, ötən üç ilin nəticələrini təhlil etdəndə hörmətli yazıçının ilk müsabibələrində dediyinin tam əksi olan mənzərə ilə üzləşərik. Çingiz müəllim Müşahidə Şurasına rəhbərlik etdiyi müddətdə Bakının “Neftçi” komandasında bir-birinin ardınca 5 dəfə baş məşqçi dəyişilib.
Əvvəl Samir Əliyevi Əsgər Abdullayev əvəz edib...
Sonra Arif Əsədov...
Daha sonra Vəli Qasımov:..
İndi də Elxan Abdullayev ...
Karuselin sonu olacaqmı?!
Vəziyyət dəyişməyibsə, deməli, hələ gedib-gələnlər bir-birini əvəz edəcək. Komanda hazırda heç bir yeni oyun modeli, mübarizlik keyfiyyətləri ortaya qoya bilmir, məğlubiyyətləri sıralayır, azarkeşlər 8 iştirakçı arasında 7-ci olan sevimli klubundan üz çevirir, onsuz da boş olan tribunalar daha da boşalır...
“Neftçi”də Müşahidə Şurası yaranandan bəri komanda 59 oyunun təxminən 1/3-də, başqa sözlə, cəmi 18-də qələbə qazanıb, 14-də heç-heçəyə sevinib və... 17 məğlubiyyət! Kədərli statistikadır, deyilmi? Xüsusən də “Neftçi”yə yaraşmayan statistika...
Müstəqillik illəri bir yana, heç SSRİ çempionatında çıxış etdiyi vaxtlarda da “Neftçi”nin belə ağır duruma düşdüyünü xatırlamaq çətindir. Azərbaycan milli çempionatında həmişə mükafatlar, yüksək məqsədlər uğrunda mübarizə aparan, yarış cədvəlinin ön sıralarında görməyə adət etdiyimz komanda indi elitada qalmaq üçün mübarizə aparır. Müşahidə Şurası sanki “Neftçi”nin turnir cədvəlinin “zirzəmisinə” yuvarlanmasını müşahidə etmək üçün yaradılıb.
Son 1 il 8 ayda baş verənlər “Neftçi”nin həyatında nikbinlik üçün əsaslı heç nə baş vermədiyini göstərir!
Müşahidə Şurasının sədri Çingiz Abdullayev həmişə birinci olmağı arzulasa da...
Özü meydana çıxıb futbol oynamasa da...
Süleyman QARADAĞLI
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons