"İnter" 19 gün əvvəl satdığı futbolçunu geri qaytardı

"İnter" 19 gün əvvəl satdığı futbolçunu geri qaytardı
DÜNYA FUTBOLU 21 Sentyabr 2020 / 14:40 4147
-  A +

“İnter” 19 gün əvvəl “Cenoa”ya transfer olunan futbolçusu Andrea Pinamontini geri qaytarıb.

Qol.az  xəbər verir ki, bu haqda Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliya klubu 19 milyon 500 min avroya satdığı 21 yaşlı hücumçunu 20 milyon avroya transfer edib.

A.Pinamontini geridə qalan mövsümü icarə əsasında “Cenoa”da keçirib. Klub müqavilədəki satın alma bəndinə əsasən onu transfer etmişdi. “İnter” isə sözləşmədəki geri qaytara bilmə şərtlərinə uyğun olaraq, futbolçunu yenidən komandaya gətirib.

Oyunçu ilə illik maaşı 2 milyon avro olmaqla 4 illik müqavilə imzalandığı bildirilib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi