Albaniyalı müdafiəçi "Qəbələ"də - Rəsmi

Albaniyalı müdafiəçi "Qəbələ"də - Rəsmi
XƏBƏR 10 Avqust 2020 / 20:29 3154
-  A +

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi