Premyer Liqaya qayıtdılar

Premyer Liqaya qayıtdılar
XƏBƏR 5 Avqust 2020 / 01:25 4663
-  A +

Növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, "Fulhem"dir. Komanda Çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 hesabı ilə məğlub edərək buna nail olub.

"Brentford" - "Fulhem" - 1:2
Qollar:
Brayen, 105 (0:1), 117 (0:2), Dalsqaard, 120 (1:2)

Beləliklə, "Fulhem" 1 ildən sonra yenidən elitaya qayıdıb.

Xatırladaq ki, komanda 2018/2019 mövsümündə Premyer Liqanı 19-cu pillədə başa vurduğu üçün yüksək liqanı tərk etmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi