Zədələnən Hazardın durumu müəyyənləşdi

Zədələnən Hazardın durumu müəyyənləşdi
DÜNYA FUTBOLU 23 Fevral 2020 / 16:51 3866
-  A +

"Real"ın futbolçusu Eden Hazardın son durumu müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb.

İspaniya mətbuatı onun bərpa müddətinin ən azı iki ay çəkəcəyini yazıb. Beləliklə, Hazard Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" və La Liqada "Barselona" ilə vacib oyunları buraxmalı olacaq.

Qeyd edək ki, Hazard bundan əvvəl də zədəli olmuşdu. Bu səbəbdən o, hazırkı mövsümdə cəmi 10 çempionat oyununda meydana çıxıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi