Kosta zədələndi - 6 oyunu buraxacaq

Kosta zədələndi -  6 oyunu buraxacaq
DÜNYA FUTBOLU 19 Oktyabr 2020 / 12:30 1193
-  A +

“Atletiko”nun futbolçusu Dieqo Kosta zədələnib.
 
Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda “Selta” ilə matçda (2:0) əzələsindən xəsarət alıb. Onun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
 
Bununla da Kostanın Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”, “Zalsburq” və Moskva "Lokomotiv"i, La Liqada isə “Betis”, “Osasuna” və “Kadis”lə oyunları buraxacağı məlum olub.
 
Qeyd edək ki, D.Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qol vurub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi