“Neftçi”nin kapitanı: “Bakı”ya qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq”

“Neftçi”nin kapitanı: “Bakı”ya qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq”
PREMYER LİQA 8 Fevral 2010 / 18:45 3272
-  A +

“Bakı” çox güclü klubdur. Bizim kimi onlar da “altılığ”a düşməyə çalışırlar. Buna görə də bizi sabah çox maraqlı və gərgin oyun gözləyir”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin kapitanı Rail Məlikov sabah Premyer Liqanın XIX turu çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyun haqda danışarkən deyib.
Təcrübəli müdafiəçi bildirib ki, sabahkı oyuna yalnız qələbə üçün çıxacaqlar: “Gördüyünüz kimi, oyuna çox ciddi hazırlaşırıq. Düzdür, havaların pis keçməsi hazırlığımıza bir qədər təsir göstərdi. Buna baxmayaraq, bütün komanda sabah meydanda gücünü ortaya qoyacaq. Biz oyuna yalnız üç xal üçün çıxacağıq. Komandamızın hazırkı yeri bizi qane etmir. Buna görə də qarşıdakı matçlarda qələbə qazanmaqla vəziyyətimizi yaxşılaşdırmalıyıq”.
Milli komandamızın da şərəfini qoruyan R.Məlikov dünən keçirilən Avro-2012-nin püşkatmasına da münasibət bildirib: “Hələ püşkatmadan öncə demişdim ki, Almaniya və Turkiyə ilə bir qrupa düşməyi istəyirəm. Çox şadam ki, arzum ürəyimdə qalmadı. Düzdür, çox çətin qrupdur. Amma hesab edirəm ki, bu qrupda minimum 9 xal toplayacağıq. Əvvəlki illərlə müqayisədə bu dəfə çox fərqli çıxış edəcəyik”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi