Fərhad Vəliyev: "Daxilimdə belə hissiyyat var ki, qapını qorumağı mənə tapşıracaqlar”

XƏBƏR 18 Noyabr 2008 / 20:03 4566
-  A +

 “Albaniya yığması ilə oyun əsas heyətdə yerimi qaytarmaq baxımından yaxşı bir şansdır. Daxilimdə belə hissiyyat var ki, qapını qorumağı mənə tapşıracaqlar”. Bunu Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev deyib.

Cari seçmə mərhələ oyunlarında əsas heyətdə yerini gənc həmkarı Kamran Ağayevə verən 28 yaşlı qapıçı ruh düşkünlüyünə əsas görmür: “Əsas heyətdə yerini itirdiyinə görə gərək ruhdan düşməyəsən. Kamran əlinə düşən şansdan yaxşı yararlandı. Mən həmkarımın uğurlu çıxışına sevinməklə yanaşı, yenidən əsas heyətdə yer almaq iddiasındayam. Hər halda, son 2-3 ildə Azərbaycan yığmasının əsas qapıçısı olmuşam və yenidən öz sözümü demək istəyirəm”.

Ağdamın “Qarabağ” klubunda çıxış edən Vəliyev üzrlü səbəbdən yığmadan kənarda qalan Ağayevi əsas heyətdə əvəzləməyə real namizəddir. Təcrübəli qapıçı albaniyalılarla oyuna tam hazırdır: “Yoldaşlıq görüşünə ciddi hazırlaşmışıq. Sabahkı matça yoldaşlıq matçı deyil, rəsmi oyun kimi baxırıq. Öz meydanımızda çıxış edirik və bu, 2008-ci ildə sonuncu oyunumuz olacaq. Bütün bunlar qələbə istəyimizi artırır. Albaniya ilə qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq və inşallah, istəyimizə çatarıq”.

Qeyd edək ki, Foqts Albaniya ilə oyunun hazırlığına Vəliyevdən başqa qapıçıları - 32 yaşlı Rauf Mehdiyev (“Olimpik”) və 23 yaşlı Anar Nəzirovu (“Neftçi”) da çağırıb.

Mənbə: APA-Sport


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi