Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
Qurban Qurbanov millilərdə “təmizləmə əməliyyatı”na başladı
Danimarka dünya çempionatında
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
Aslan Kərimovla Samir Ələkbərov kəllə-kəlləyə gəldi - millidə qarşıdurma
Linklər
525ci Qəzet

’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
A A A

[27.08.2016]
’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
Avqustun 6-dan 21-nədək davam edən Rio-2016 31-ci Yay Olimpiya Oyunlarında komandamız tarix yazaraq rekord sayda -18 medalla  39-cu pillədə qərarlaşdı. Əlbəttə, bu uğurun qazanılmasında sərbəst güləş üzrə yığma komandamızın üzvlərinin də böyük payı oldu.

Güləşçilərimiz ümumilikdə beş medalla(2 bürünc, 3 gümüş) komanda hesabında birinci olmağı bacardılar. Öz çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vuran güləşçilərimizdən biri də 57 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev idi. Qazanılan uğurlar və bizi maraqlandıran bəzi suallarla bağlı idmançımızla görüşüb, onun fikirlərini öyrəndik.

- Hacı, əvvəla səni qazandığın nailiyyət münasibəti ilə təbrik edirik. Rio-2016-ya necə hazırlaşırdın?

- Çox sağ olun. Uzun müddətdir ki, heç birimiz ev üzü görmürdük, müxtəlif ölkələrdə təlim-məşq toplanışları keçir,  böyük səylə Olimpiya Oyunlarına hazırlaşırdıq. Şükürlər olsun ki, çəkilən əziyyətlər öz bəhrəsini verdi. Əlbəttə, nailiyyətlərin qazanılmasında məşqçilərimizin zəhmətləri də danılmazdır.

- Yarışa yollanmamışdan əvvəl özündən hansı nəticəni gözləyirdin?

- Sözsüz ki, çempion olmağı istəyirdim və bunun  uğrunda çalışırdım. Amma bürünc medal da pis nəticə deyil. Fikrimcə, olimpiadanın hər bir medalı çox böyük nailiyyətdir. İndiyədək iki dəfə dünya çempionu olmuşam. Olimpiada üçüncüsü olmağımı da həmin nəticələrə bərabər tuturam.

- İstənilən yarışda psixoloji baryeri keçmək ən mühüm amildir. Bu, sənin üçün çətin olmadı ki?

- Fikrinizlə tam razıyam. Psixoloji hazırlıq qələbənin yarısı deməkdir. İndiyədək bir çox nüfuzlu yarışlarda iştirak etmişəm. Amma olimpiada həyəcanı tamam başqa cürdür. Ona görə bu dəfə psixoloji cəhətdən özümü hazırlayır, qələbəyə inanırdım. Mütəmadi olaraq özümə xatırladırdım ki, Riodakı heç bir rəqib məndən güclü deyil.

- Yarımfinala kimi çox inamla irəliləyirdin. Son görüşündən qalib ayrıla bilməmənə səbəb nə oldu?

- Əsas səbəb çəkimi aşağı salmağım  oldu. Olimpiadaya yaxın 12 kiloqrama yaxın çəki  salmışdım ki, bu da mənə mane olan amillərdən biri idi. Eyni zamanda deyə bilərəm ki, yarımfinalda şans da üzümə gülmədi.

- Belə yarışlarda bəzi hallarda idmançılar hakim haqsızlığı ilə üzləşdiklərini söyləyirlər. Sən belə neqativ hallarla rastlaşmadın ki?

- Yarımfinalda, gürcü rəqibimlə görüşdə, bəlkə də, hakimlərin yanlış qərarları mənə finala getməyə mane oldu. Amma bunu elə də böyütmək lazım deyil. Komanda yoldaşlarımın da görüşlərin də ədalət qoruyucularının haqsızlıqları oldu. Ümumiyyətlə, bu Olimpiya Oyunlarında səhv qərarlar çox oldu.

- Bildiyin kimi, sərbəst güləş üzrə yığma komandamız komanda hesabında birinci yerə çıxdı. Sən bu nailiyyəti necə qiymətləndirirsən?

- Bu, çox böyük nailiyyətdir. Təkcə mənim, idmançılarımızın yox, bütün komandamızın uğurudur. Çox sevindiricidir ki, biz belə bir tarixi müvəffəqiyyətə imza atdıq.

- Komanda yoldaşlarının da çıxışlarından razı qaldınmı? Onlardan hansı nəticələri gözləyirdin?
 
- Əlbəttə, çox razı qaldım. Biz birlikdə komanda hesabında birinci olmağa müvəffəq olduq. Bu nəticə bizim hər birimizin uğurlu nəticə qazanmasından xəbər verir. Gümüş mükafatçılarımız Toğrul və Xetaq çempion ola bilərdilər. Amma deməli, qismət belə imiş. Üç bürünc, iki gümüş medal qazandıq. Bütün mükafatçı güləşçilərimizi təbrik edirəm. Onların hər biri çox böyük nəticələrlə çıxışlarını başa vurdular.

- Ölkəmiz ümumilikdə 18 medalla 39-cu yerdə qərarlaşdı. Bu böyük uğurdur...

- Dörd il əvvəl Londonda keçirilən Olimpiya Oyunlarında 10 medal qazanmışdıq. Bu dəfə düz 8 medal çox əldə etmişik. Bu, zarafat deyil, çox böyük nailiyyətdir. Cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu uğur hamımızın qələbəsidir. Qazandığımız nailiyyət münasibəti ilə bütün xalqımızı təbrik edirəm.

- Rio-2016-dakı nəticən yəqin ki, indiyə kimi qazandığın ən böyük uğur idi. Bürünc mükafatçı olduğunu bildiyin an hansı hissləri keçirdin?

- İkı dəfə dünya çempionu olmuşam. Amma bəlkə də, Olimpiya üçüncüsü olmaq mənim üçün daha böyük uğurdur. Hələ uşaqlıqdan, güləşlə məşğul olduğum ilk  vaxtlardan Avropa, dünya və Olimpiya mükafatçısı olmağı arzulayırdım. Şükürlər olsun ki, hədəflərimə çatmışam, əziyyətlərim yerdə qalmayıb. Buna görə özümü çox şanslı hesab edirəm. Rioda bürünc mükafatçısı olduğum bildiyim an çox sevinmişdim. Yəqin ki, çempion olsaydım sevincim yerə-göyə sığmazdı(gülür). İnanıram ki, nə vaxtsa o hissi də keçirəcəm.

- Son olaraq qarşıdakı planlar haqda məlumat verərdin.

- Qarşıdan 61 və 70 kq çəki dərəcələrində mübarizə aparan güləşçilərin dünya çempionatı gəlir. Amma mən çəki saldığıma görə bu yarışda iştirak etməyəcəm. Çünki istirahətə ehtiyacım var. Olimpiadanın yorğunluğu çıxandan sonra bütün diqqətimi 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına yönəldəcəm. İslam Oyunlarında  bizi çox çətin sınaq gözləyir. Buna baxmayaraq inanıram ki, həmin yarışda xalqımızı sevindirməyi bacaracam.

Kənan NOVRUZOV
3385 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
28.11.2016  11:16 "Qarabağ"ın rəqibindən heç-heçə
13.10.2016  22:01 "Qəbələ": 12 oyundan 11-də qələbə
18.09.2016  12:30 Paralimpiya Oyunlarında 11-ci medalı qazandıq
18.09.2016  10:20 Azərbaycandan 10-cu medal – paralimpiada
12.09.2016  18:42 Paralimpiya Oyunlarında 6-cı medalı qazandıq
11.09.2016  11:56 İlham Zəkiyev medal qazana bilmədi
10.09.2016  00:50 Rioda 3-cü medalı qazadıq
10.09.2016  00:01 Paralimpiyaçılarımızdan ilk - qızıl medal
09.09.2016  01:09 İlk medalımızı o qazandı - Paralimpiya Oyunları
28.08.2016  19:00 Riodan medalsız qayıdan idmançılar həbs edildi
27.08.2016  18:15 Demyanenko: “Mənim üçün maksimum nəticə qızıl medal olardı”
24.08.2016  14:56 Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim"
24.08.2016  02:19 Toğrul Əsgərov: “Hər bir medal qiymətlidir”
24.08.2016  01:03 Olimpiya çempionumuz: “Bütün döyüşlər gərgin keçdi”
24.08.2016  00:48 Olimpiyaçılarımız Bakıda təntənə ilə qarşılandı (ŞƏKİLLƏR)
24.08.2016  00:01 Teymur Məmmədov: "Taktikanı düzgün qurmadım"
22.08.2016  10:33 Rio-2016: yekun medal sıralaması
22.08.2016  01:20 Xetaq Qazyumov: "Rəqib məndən güclü idi”
22.08.2016  00:48 Toğrul Əsgərov: "Hər şey bir anda baş verdi”
22.08.2016  00:12 Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər”
 
 
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:36
  “Millidə mənim kimi futbolçuya ehtiyac var” – İlqar Qurbanov
15:28
  Ançelotti ilə danışıqlara başlanıldı
15:09
  Jiru London derbisini buraxacaq
14:50
  "Zlatan şirdir, döyüşçüdür" - Mourinyo
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore