“Neftçi” iki futbolçunu geri göndərdi

“Neftçi” iki futbolçunu geri göndərdi
PREMYER LİQA 13 Yanvar 2010 / 17:21 3380
-  A +

“Neftçi”də baxışda olan Gürcüstan millisinin yarımmüdafiəçisi Luka Razmadze ilə Ukrayna yığma komandasında oynamış hücumçu Taras Kabanov geri dönüblər. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Vaqif Sadıqov bu futbolçular haqda son qərarını verməyib. Son qərar bu mövqelərdə çıxış edən daha bir neçə futbolçunun sınanmasından sonra veriləcək. Hazırda 3 futbolçu - hücumçular Sergey Alekseyevlə Vladimir Voskoboynikov və 2005-06-cı illərdə “Neftçi”də çıxış edən müdafiəçi Valeri Abramidze komandada baxışdadır. Gündə iki dəfə komanda ilə birlikdə məşq edən futbolçuların yanvarın 15-də “Karvan”la keçiriləcək yoldaşlıq oyununda da sınanmaları nəzərdə tutulub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi