Araz Nəsirov: «Yığmanın oyunun Lənkəranda keçirilməməsi bizim günahımız deyil»

XƏBƏR 18 Noyabr 2008 / 13:26 4628
-  A +

«Azərbaycan - Albaniya oyununun Lənkəran şəhər stadionunda keçirilməməsi «Xəzər-Lənkəran» rəhbərliyinin günahı deyil». Cənub klubunun vitse-prezidenti Araz Nəsirov Qol.Az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, «Xəzər-Lənkəran» rəhbərliyi bununla bağlı AFFA-ya rəsmən müraciət edibmiş: «Biz təşkilatçılıqla bağlı bütün işləri öz boynumuza götürməyə hazır idik. Qonaq komandanın qarşılanması, yüksək səviyyədə yerlləşdirilməsi üçün əlimizdən gələni edəcəkdik. Sadəcə, AFFA-dan cavab gəldi ki, Albaniya yığması Azərbaycana çarterlə yox, adi reyslə gəlir. Bu səbəbdən oyun paytaxtda keçiriləcək». Nəsirov 2009-cu ildə millimizin dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarından birinin Lənkərana təyin olunacağını istisna etməyib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi