Böyükağa Hacıyev: “Məndən öncə olan məşqçi klubda heç bir iş görməyib”

Böyükağa Hacıyev: “Məndən öncə olan məşqçi klubda heç bir iş görməyib”
XƏBƏR 1 Noyabr 2009 / 18:24 1907
-  A +

"Bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Amma təəssüf ki, istəyimizə çata bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev deyib. B.Hacıyev bildirib ki, meydanda azlıqda qaldıqdan sonra mübarizə aparmaq onlar üçün daha çətin olub: “Komandanı 5 gündür ki, götürmüşəm. Məndən öncə olan məşqçi klubda demək olar ki, heç bir iş görməyib. Komandamız azlıqda qaldıqdan sonra oyun daha da çətin oldu. Gələcək oyunlarda daha uğurlu nəticə əldə etməyə çalışacağıq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi