Valdas İvanauskas: “İstefa haqda danışmaq istəmirəm”

Valdas İvanauskas: “İstefa haqda danışmaq istəmirəm”
XƏBƏR 20 Oktyabr 2009 / 18:32 1879
-  A +

“Mən hesab etmirəm ki, rəqib bizdən üstün oynadı. Sadəcə olaraq, hesabı açdıqdan sonra üstünlüyümüzü qoruya bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Standard”ın baş məşqçisi Valdas İvanauskas deyib. Litvalı mütəxəssis istefa barədə danışmaq istəməyib:
“Biz “Xəzər Lənkəran”a qarşı ikinci hissədə çox gözəl mübarizə aparmışdıq. Lakin təəssüf ki, bu gün həmin oyunu ortaya qoya bilmədik. Oyundan əvvəl mən “Simurq”un standard vəziyyətlər zamanı təhlükəli olacağını düşünürdüm. Lakin gümanımda yanıldım. Təhlükə standard vəziyyətlərdən deyil, başqa yerdən gəldi. İstefa haqda danışmaq istəmirəm. Bu mənim şəxsi işimdir. Hazırda bütün diqqətimi komandaya yönəltmişəm”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi