"Messini transfer etmək istərdim" - Ançelotti

"Messini transfer etmək istərdim" - Ançelotti
DÜNYA FUTBOLU 24 Oktyabr 2014 / 22:08 8460
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında "Barselona" ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, qələbə qazanacaqlarına inandığını deyib:

"Komandamın son matçlardakı oyunundan razıyam. Həm "Barsa", həm də "Reaı" cari mövsümdə ən yaxşı oyununu nümayiş etdirir. Rəqibin Çemponlar Liqasında "Ayaks"a qarşı oyununu izləmişəm. Rəqib yenə də matçlarda topa daha çox nəzarət etməyə çalışır. Messi və Neymar yaxşı formadadırlar. Ancaq bütün bunlara baxmayaraq,  futbolçularıma güvənirəm. "Barselona" qarşısında heyətdə bəzi sürprizlərə imza ata bilərəm".

Ançelotti Kataloniya təmsilçisindən hansı futbolçunu transfer etmək istəməsi ilə bağlı sualı isə belə cavablandırıb: "Messini heyətə cəlb etmək istərdim".

Qeyd edək ki, "Real" - "Barselona" oyunu sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi