Del Boske Slovakiyaya məğlubiyyəti şərh etdi

Del Boske Slovakiyaya məğlubiyyəti şərh etdi
DÜNYA FUTBOLU 10 Oktyabr 2014 / 10:34 5426
-  A +

"Məğlub olacağımızı gözləmirdim. Bu nəticə bizim üçün gözlənilməz oldu. Qol vurmağa çalışdıq, amma bacara bilmədik. Rəqibin qapıçısı fərqlənməyimizə imkan vermədi. Ən azından bərabərlik ədalətli nəticə idi".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske "Avro-2016"nın seçmə mərhələsində Slovakiyaya məğlub olduqları matçdan (1:2) sonra deyib.

Təcrübəli mütəxəssis futbolçularının oyunundan narazı qalmadığını bildirib:

"Daha çox hücum futbolu oynadıq. Futbolçularım əllərindən gələni etdilər".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi