“Xəzər Lənkəran”ın futbolçusu AFFA-nı tənqid etdi

“Xəzər Lənkəran”ın futbolçusu AFFA-nı tənqid etdi
XƏBƏR 16 Sentyabr 2009 / 15:09 2003
-  A +

“AFFA-nın çempionatın oyunlarını təxirə salmaqla bağlı qərarlarını heç cür anlaya bilmirəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Braziliyada , Argentinada da milli komanda oynayır. Amma maksimum 2-3 gündən sonra klublar çempionatda oyunlarına davam edirlər”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Xəzər Lənkəran” klubunun futbolçusu Mario Souza bildirib. Futbolçunun sözlərinə görə, çempionat oyunlarının təxirə salınması futbolçuların fiziki durumuna pis təsir edir: “Tez-tez oynarkən yaxşı formaya düşürük. Amma fasilə dövründə həmin formanı saxlamaq bizlər üçün çətin olur.”


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi