Hörmətli oxucular. Sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz səfərdə Almaniya ilə qarşılaşacaq. Matçla bağlı fikirlərinizi info
@qol.az poçt ünvanına göndərə bilərsiniz. Yazdığınız fikirlər bu səhifədə yerləşdiriləcək.Nəriman Məcidov: Azərbaycanın futbol üzrə milli komandasının Baş məşqçisi Berti Foqtsun Almaniya mətbuatına verdiyi müsahibə ilə sizin saytda tanış oldum. Berti Foqts milli komandamızın oyunçularını “Onların çoxu həyatında ilk dəfə Almaniyaya gəlib. Oyundan bir gün əvvəl onlara imkan yaradacağam ki, şəhəri gəzsinlər, bura ilə tanış olsunlar. Həm də bazarlıq etsinlər. Axı bunu Almaniya - Azərbaycan oyunundan daha çox gözləyirlər” ifadələrini rişxəndə ilə gülərək söyləməsi, həqiqətən də Azərbaycan milli komandasının üzvlərinin ələ salınması, onlara lağ edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan milli komandasının oyunçuları ola bilsin ki, Almaniyaya birinci dəfə gedirlər, amma cənab Berti Foqts unutmayın ki, həmin oyunçuların babaları Berlini fəth etmişdilər. Dünyanı, elə sizin özünüzü də faşizm faciəsindən qurtarmışdılar. Bəli bunu, lağ etdiyiniz futbolçuların babaları edib. Öz çalışdırdığınız komandanın üzvlərinə lağ etməkdənsə, öz işinizi görün, məqsədiniz yerli-yersiz Almaniya yığmasını tərifləmək olmasın. Almaniya yığmasından elə danışırsınız ki, sanki, dünyada İtaliya kimi, Braziliya kimi müvafiq olaraq 4 qat, 5 qat dünya çempionu olmuş komandalar mövcud deyil. Allah Azərbaycanla olsun! Milli komandamıza sabahkı oyunda uğurlar arzulayıram.
Kənan Məmmədov: SALAM MEN SIZE BERLINDEN YAZIRAM SABAK KOMANDAMIZA UGURLAR MENCE BERTI FOQTSU QOVMAQ LAZIMDI COX MENASIZ MESQCIDI ODA ÖZÜNÜ MESQCI SAYIR UGURLAR AZERBAYCANA.
Alşan Əbilov: Hörmətli qol.az. Berti Foqtsun millimizin üzvləri haqqında işlətdiyi ifadələrlə sizin saytda tanış oldum.Bu sözlər bir Azərbaycanlı kimi, Ana vətənini sevən bir insan kimi mənim əsəblərimə toxundu. Azərbaycanın çörəyini yeyib, onu lağ obyektinə çevirən birinin Azərbaycan milli komandasının başında durmağa haqqı yoxdur. Əslində bunun bütün günahı AFFA-nın rəhbərliyindədir. Foqtsu Azərbaycana onlar gətirib, bir ətək pul verirlər. O da harınlayıb ağzına gələni danışır. Onu Azərbaycandan qovmaq lazımdır.
Sənan Mingəçevir: Duzu Fogsi Qinamiram (Bir terefdende qiniyiram:D) Gerek elinde material ola o da spaklyovkalasinda:) Bele Baxanda Fogts Onsuzda geleceyin komandasi yaratmir onun dedikleri bos seydir.Deyirki hamburqa kecirem bes ay Fogst Bes sen bizim vaxtimizi niye alirdi Agsaqqal adamsan..(Belediki Bizim Milliye Hansi Mesqci Gelsede Fogus Mokus Eliye Bilmeyecek) Ne qederki Klublarimizda esas heyetde 11 legioner cixirsa onda Millininde Qapisi Assuzen olacaq... Qeseng Prado,Xammer,Bmw,X5 Bunnari Bizimkiler qeseng oynadarlar:D . Bu Arada Bir Letife yadima dusdu (Samir Abbasov Sen yeksen imza: Samir Abbasov:D) Bu Futbolcunun Men indiye qeder normal oyununu Lenkaranda Finlere qarsi kecirdiyini gordum. Basqa oyunlarda ele bilirdimki Futbol 1 ci defedi oynayir:D MY GAMES FAIR PLAY:D Siz Bir oyun Oynayinki Fair Playdende Istifade Edesiniz...Oyun oynamiyannan sora Hay get reqibin Boynunnan Op:D. Uzatmayim Sozu Allah Bizden Pulu Alib Lazimi Yerlere Xerclemeyin Yolunu Gostersin.... Sagol Qol.Az Serait yaratdigin ucun.
Cəfərli Atanur: Azerbaycan Finlandiya oyunu haqqinda XezerTV musahibe verendede dedim Almaniya ile daha yaxshi oynadiq. Tam semimi deyirem Almaniyadan xal almasaq bele QOL VURA BILECIYIK tam eminlikle bildirirem. MILLLIYE UGURLAR HEMISHEKI KI YENEDE SIZE INANIRIQ.
Rəşad Mustafayev: Butun azerbaycan futbol severlerini qol.az sayti vasitesi ile salamlayiram.cox sagolun ki bele imkan futbol severlere yaratmisiz. tarixe nezer saldigda azerbaycan milli komandasi guclu ile guclu zeif ile zeif oyun sergileyib.bir cox vaxtir ki berti foqts-un gorduyu ishler yerli KIV numayendelerin qezebine sebeb olub .raziyam 1 il ve 0 netice 0 xal .son almaniya ile ouyun subut etdi ki butun bunlar getdikce ucuruma aparir.lakin gelin son ana qeder milli komandamiza destek olag. bir nece kelme de berti foqts haqqinda demek isterdim :nedense men ona inaniram ve inamimi itirmemishem .mene ele gelir ki bu insan azerbaycan futbolunu qaranliq bir tunelden cixaracag.onun surduyu strategiya hele hec kime melum deyil.
Elşən Balayev: Salam.Dogurdan da yuxarida da qeyd edilen kimi Berti Foqsu elediyi hereket ehv edile bilen hereket deyil.Sorgunun neticesinde de oldugu kimi onu bu vezifeden azad etmek lazimdir.Bize ancaq ve ancaq Azerbaycan futbolu ile yaxindan tanish olan yerli meshqci lazimdir.Komandada 2-3 ayin erzinde boyuk irelleyis gorurem duzdur neticeler eyni de olsa esas odur ki mubarize hissi yaranib komandamizda dircelish var.Esas odur ki oyun olsun biz nevaxtsa netice qazanacagiq.Unutmayin neyese nail olmaq ucun birinci inam lazimdir !Inam olmasa hec neye nail ola bilmerik!Men oyuncularimizda inam gorurem! Amma Mesqcide ki bu inam yoxdusa biz hemin mesqciden ne gozleyirik!Bayaq da qeyd etdiyim ki Berti foqs vezifeden derhal azad olmalidir hec olmasa qalan 2 oyunumuzu uda bilek!!!Sag olun!!!
Anar Vəliyev: Salam Qol.az Men Azerbaycan lap Brazilaya ile oynasa da yene Azerbaycana azerkeslik edecem, amma AFFA rehberliyinden cox xais edirem ki Berti Foqtsu qovsun...
Artiq bezmisik azerkes oalraq biz.
Nicat Kərimli: Salam Qol.az kollektivi. Çox az da olsa ümid var ki, belke deyirem Foqst Almaniya ilə razılığa gələ bilər. Nədə olsa Almaniyanın Rusiyayla öz evində oyunu var. Başımda Berti tələbəsini "Siz onsuzda rusları öz meydanınızda udub yenə lider olarsınız" kəlməsiylə aldada bilər fikri var. Amma bir yandan da deyirəm ki, bu mümkün deyil. Nə isə özünü məşqçi hesab edən Berti bizə yaraşmır axı. Onu hansı əməlinə görə saxlayırlaar? Berti yalnız "Sizi reytinqdə 2 pillə qaldırdım" deyə öyünə bilər. Yəqin bilirsiniz da necə. Oyun oynamayan, reytinqdə hesaba alınmayan yoldaşlıq görüşü belə keçirməyən millimiz birdən birə necə 2 pillə irəlilədi. Əlbəttə ki yan yörədəki, komandaların xal itkisi hesabına. Nə isə keçən ay sevindik ki, milli reytinqdə qalxıb. Bu ay isə təzdən 2 pillə gerilədi. Yəni Bertinin öyünə biləcəyi yeganə şey də əlindən çıxdı. Çoxları deyir ki, Berti Azərbaycanın 0:8, 1:6, 0:5 hesabları ilə məğlub olmasına imkan vermir. Müdafiəyə fikir verir.Qrupda az qol buraxmağımızı Bertiyə borcluyuq. Mən buna belə reaksiya verirəm. XEYR XEYR XEYR.Bunu Berti etməyib. Bu sadəcə gündən günə öz gücü hesabı ilə inkişaf edən və beynəlxalq arenada yalnız öz hesabına təcrübəsini artıran futbolçuların əməyidir. Qrupda az qol buraxmağa gəlincə. Bu isə sadəcə qapıçıların və müdafiəçilərin əməyidir. Kamranın Finlandiya və Uelslə matçlardakı möhtəşəm oyunu yadınızdan çıxıb. Burda Bertinin nə payı var ki? Sadəcə Kamranın ustalığı və yaşa dolduqca futbol təcrübəsi artıq vəssəlam. Fərhad da həmçinin. Nə isə ürəyim doludur hamısını yaza bilmirəm. Bu imkanı yaratdığı üçün bir daha Qol.az-a təşəkkürümü bildirirəm.
Tural Əlibəyov: Salam qol.az milli haqinda bunu deye bilerem ki,neqedeki millide legionerler var o ireli getmiyecek.Indi deyin Tural Celilov Rahid Amirquliyev hansi legionerden zeifdir???????
Cavid Məmmədov: Salam. Azərbaycan millisinin Almaniya qarşısında şansı yoxdu. Ona görə bu maç yalnız təcrübə toplamaq baxımından xeyirli ola bilər. Berti Foqtsun yığmaya verdiyi töhfə, çoxları razılaşmasa da, böyükdü. 2 il əvvəlki millinin oyunu ilə indikində çox fərq var. Millinin oyunçularının əksəriyyətinin toplaşdığı Qarabağ da az iş görmədi Avropada. Komanda əvvəlkinə baxmış əməlli-başlı sistematiklik yaranıb. Dar zonalardan komanda paslaşaraq topu çıxarmağı bacarır, müdafiədə əvvəlki kimi çox kobud səhvlərin sayı nəzərə çarpacaq dərəcədə azalıb. Yalnız hücum xətti digər zonalara baxmış zəif inkişaf edib. Başqa məşqçi gəlsə də, Foqts qədər əziyyət çəkmiyəcək. Çünki Foqts artıq komanda üçün əməlli-başlı iş görüb. Komandamızın Lixtenşteyni udması bizim üçün bəsdi. Almaniyadan xal gətirmək isə ancaq xəyal olar bizim üçün, realist olsaq.
Anar Qasımov: Milletin biabirciligi ondadir ki, bele meshgcini o cur atmosferin gabaginda, 5-10 manatindan kecib, bogazindan kesib oyuna geden azerkeshlerin gabaginda uduzan zaman govmag, Azerbaycandan govmag lazim idi, Allahima And olsun deyirem ki,bizim Gurban Gurbanov,Agaselim Mircavadov kimi meshgicilerimiz ondan gat gat guclu ,agillli taktika secimi edir,oyunculari elinin ici kimi taniyir. Hormetli AFFA size menim ancaq ureyim agriyir ooooo milyonlarla havaya ufurduyunuz pullara, Fogtsa men ona esl Legeb FOX adi vererdim,o adam deyildi ki getdi Sotalndiya komandasini berbad veziyyete goydu ,tarixine baxsa shotlandiya hec o gune dushmemishdi,,,,,,,,ve ya Nigerya ,o cur dunya seviyyeli oyunculari olan komandanin arzusunu ureyinde goydu .........o meshgci deyil,bacarmir ....Azerbaycana gelenden azerbaicanlara ele gozle baxir ki,ele bil biz hecne gormemishik...........hemishe de konfransda ,ya yersiz gulush ve ya yersiz vedd c-5 ile ,ne bilim nee...hec onun ozunun 2-3 il omru yoxdu,allah bilir ! Gurban Gurbanov kimi mehgcini goyun yigmaya ,hem GArabag meshgcilik etsin hem de yigmaya .........vallah behresini gorersiz ................AFFA dan xahishim odur ki ,Almanyaya biabirci uduzsag ,sizde hunerinizi gosterin onu istefaya yox,birabasha govun.........Dekabra kimi olan borcunu da sifetine cirpin onun ,,,,,,,,,,,,o govulmali mehsgcidi.Gelin futbolmuzu saglam elerde saxlayag! Bizim millete yuxaridan ashagi baxan insan umumiyyetle departasiya olunmalidir !
Rüstəmli Tural: Salam Qol.az ve Azerbaycan futbol severleri.Siza Qol.az sayti oz teshekurumu bildirirem bele sheraite gore ve bele operativ ishe gora!!!Evvela man deyimki Azerbaycanda artiq son vaxtlar irelleyish var ve inaninki bunu hechda Foks etmayib bu AFFA nin desteyinin neticesidi bizim milliye Hacievski kimi meshqchi lazimdi hansiki Azerbaycan futbolu ile artiq tanishdi beyem ecnebi meshqchi onlardan neyinden artiqdi Vallah ecnebi meshqchi getirmek bir reklamdi beyem biz gormadik nece QARABAGH klubu yalniz bir ecnebi oda Alnaniyali oyunchu ve butun komanda hetda meshqchide hamizi ozumuzkiler nece Avropada Azeri futbolunu temsil elediler beyem bunlar netice deyil eger neticdise onda AFFA niye dushunmur????!!!!Bir sozle Foks her ay pulunu alib burda kef eleyir ve niyede bizimkileri laga tutmasin ona ki hech kas teziq gostermir ki niya milli uduzur.Amma butun azerkeshlere uzumu tutub deyiram bizim millide ozuna inam var gelin Foksa gora milliden ayri dushmeyek desteyimizi esirgemeyek.Azerbaycana Almaniyayla oyunda ugurlar bacardiqca tecrube toplamaq lazimdi.Foks ISTEFAAAAA!!!!!!
Azad Namazov: Salam.Bizlərə fikirlərimizi catdirmaq üçün imkan yaratdığıniza görə təşəkkür edirik.Əvvəlcə Millimizə Almaniya ilə oyunda ugurlar arzulayıram.Millimizin heyəti gənclərdən təşkil olunub,gələcəyə ümid veren komanda formalaşa bilər.Bunu üçün də yaxşı bir məşqçi tapıb onunla
uzun müddətli əməkdaşlıq etmək lazimdi.Daha Foqts kimi məşqçi yox,oturub durur Almaniyani tərif edir,unudub ki, keçən tcikllərin birində Litva idi yoxsa Latviya almaniyada 1:1 oynadi.Foqts futbolçularda ele bil qorxu yaradir.Mənim əlimdə səlahiyət olsaydi düşünmədən Milliyə baç məşqçi Yunis Hüseynovu qoyardım.o insanda rəqibindən asılı olmayaraq
qorxu yoxdu,həmişədə qələbəyə oynayır. Vüqar Nadirov Finladiyayla oyunda 5 metrden qol vursaydı qələbə bizim
olacaqdi.
Hacıbəy Heydərli: Alverçi Berti
Yığma komandamızın baş məşqçisi Berti Foqts futbolumuzu yenə təhqir etdi. Artıq yığmamızın məğlubiyyətləri kimi Foqtsun təhqirlərinə də öyrəşmişik. Foqts Almaniyada keçirilən mətbuat konfransında futbolçularımıza Hannoverdən bazarlıq etməyi məsləhət görüb. Bundan əlavə Foqts CAR-da keçiriləcək Dünya Çempionatına vəsiqə qazana bilməməyimizi Afrikanın Azərbaycana uzaq olması ilə əlaqələndirib. Ən zəif futbol ölkələrin baş məşqçiləri oyunöncəsi keçilən mətbuat konfranslarında komandalarından yalnız qələbə gözlədiklərini, onlara inandıqlarını söyləyir. Bizdə isə vəziyyət fərqlidir. Çünki bizim yığmamızın baş məşqçisi Berti Foqtsdur. Berti mətbuat konfranslarında futboldan başqa hərşeydən danışır. Berti Almaniya ilə Bakıdakı matçdan əvvəl keçirilən mətbuat konfransında xarici jurnalistlərə Almaniyanın məşqini izləməkdənsə Bakını gəzməyi məsləhət bilmişdi. Hətta onlara yardımçı ola biləcəyini də vurğulamışdı. Lakin həmin jurnalistlər Bertinin sözünü qulaq ardına vuraraq məşqi izləmişdilər. Çünki onlar öz missiyalarını çox gözəl anlayırdılar. Həmin insanlar Bakıya öz peşə borclarını yerinə yetirməyə gəlmişdilər. Berti Foqts kimi haram pullar yemək istəmədikləri üçün təklifi qəbul etməmişdilər. Və nəhayət onlar vicdanlı insanlar idi. Mən əminəm ki, bizim futbolçular alman jurnalistlərdən daha vicdanlı, daha namusludurlar. Futbolçularımız Almaniyaya alverə yox, futbol oynamağa getdiklərini çox gözəl anlayırlar. Mən əminəm ki, onlar Bertinin hiylələrinə aldanmayacaqlar. Bertiyə isə məsləhətim odur ki, matçın keçiriləcəyi saatlarda Hannover şəhər stadionuna yox, bazarına üz tutsun. Və Bertidən bir xahişim var ki, bazarlığa tək getməsin, özüylə Axtyamovu da aparsın. Çünkü belə olan təqdirdə o millimizə indiyə qədər heç bir məşqçinin vermədiyi xeyiri verə bilər.
Yazı əsnasında Bertidən xahiş etmək istəyirdim ki, Almaniya ilə oyundan sonra Bakıya gəlmə. Amma buna lüzum görmürəm çünkü Foqts onsuzda paytaxta gəlməyəcək. O bir ay sonra ölkəmizə təşrif buyuracaq və AFFA-nın qarşısına tələb qoyacaq ki, mili çempionatın oyunları təxirə salınsın. AFFA başbilənləri də almanın tələbi ilə gözüyumlu razılaşacaq. Və alman növbəti uğursuzluqdan sonra məğlubiyyətin səbəbini futbolçuların oyun praktikasının azlığı ilə əlaqələndirəcək.
Fariz Həsənov: Bir həqiqət var ki milli hamımızındır və hamının canı milli üçün yanır, yanmalıdır da. Hal-hazırda müqayisə obyekti Berti Foqtsdur. Əvvəllər düşünürdüm ki Azərbaycana müdafiə futbolunu aşılayır və bizi geri aparır. Çox heyfsilənirdim. Amma gün keçdikcə ümidlərim artır. Niyə? Mütəxəssis daha yeni gəldiyi ərəfədə işi pozmadan olduğu kimi davam etdirməyə çalışdı və Lixtenşteyn oyununda bizi öz ənənəvi oyun sistemimizlə baş-başa buraxdı. Həmin oyunda göründü ki millimiz nə oyun oynaya bilir, nə də hücum edə bilir. həmin oyunda da qol buraxmamağımızın səbəbi gücümüz yox, rəqibin səviyyəsiz oyunu idi.
Daha sonra Foqts müdafiə üzərində ciddi islahatlar apardı. Fərdi yox komanda müdafiə olunmasını bizə həqiqi mənada aşıladı. Üç dörd oyun biz təqdirə layiq müdafiə olunmağa başladıq.
hətda deyərdim ki Rusiyada layiqli müqavimət göstərdik. Qollar da aşkar qapıçı xətası idi. Fərhad yaxşı qapıçıdır.Hətda bəzən əladır. (Rosenburq oyunu). Amma davamlılığı yoxdur. Konsentrasiya əskikliyi var. Bəzən inanılmaz qolları qapısında görə bilir.(Rusiya, Tvente oyunları). Amma oyun qabağı hamı Rusiyanın 5 vuracağından dəm vururdu amma iki qolu Fərhadla birgə vurdular. Təsadüfi deyil ki oyunu yayımlayan rusiya kanalının şərhçisi tez-tez deyirdi ki yaxşı ki Azərbaycanın əsas qapıçısı bu oyunda yoxdur. Son iki oyundur ki millimiz artıq hücuma da başlayıb.Layiqli müdafiə və hücum. Bu artıq hss olunur. lakin unutmayaq ki millimiz hal hazırda imkanlarının ən üst səviyyəsində oynayır.Foqtsun işini buna görə qiymətləndirirəm. İnanıram ki millimiz artıq zəif rəqiblərdən mütləq qələbə, ortabab rəqiblərlə də dişə diş mübarizə aparacaq. Deyirik ki millimizin oyunu geriləyir. Amma gəlin etiraf edək ki hamımızda gizli şəkildə ümidlər ortaya çıxıb. Nədir bu ümidlər. Artıq hamımız millidən qələbə gözləməyə başlamışıq. Rusiyadakı oyunda hamı inanırdı millimiz nəsə edəcək. Hətda Almanyaya sürpriz edəcəyimizi də düşünürdük və inanırdıq. Oynanılan oyun göstərdi ki haqlı olaraq inanmışıq. Finlandiyanı mütləq məğlub edəcəyimizə inanırdıq. Bu bir həqiqətdir ki ən azı bir iki il qabaq belə ümidlərimiz olmazdı. Rusiya artıq avropada söz sahibi ölkədir. Finlandyanı gəlin kiçik görməyək. Finlandiya futbol ölkəsi deyil amma hər zaman seçmə mərhələdə daim zirvələrdəki mövqeyini son anda itirən komandalardan olub. Deyə bilərik ki biz Finlandiyanı məğlub etmişdik.Məncə bu bir təsadüf idi. Çünki ondan sonrakı zəif oyunlarda da diz çökdük. HONKA misalını da gəlin vermiyək. Çünki Fin millisində heç kim Honkanın oyuncusunu görə bilmir. Məğlub olsaq da Ümidlərimiz və Umduqlarımız genişlənir. Hətda hamımız Almaniyada sürprizə yer saxlamışıq. Son üç oyunumuz güclü rəqiblər oldu.Ən sonuncusu biraz zəif idi və onu da uda bilmədik.Finlandiya oyununda hər şeyi etdik. Qol da vurduq, mütləq qolları da qaçırdıq. Və müdafiənin kobud səhvinnən qolları qapımızda gördük.Məncə bu oyunda foqtsu çox günahlandırmaq olmaz. Çünki Bazel oyunundakı səhvləri Saşa millidə də təkrarladı.Müdafiənin mərkəzindən fəth olunduq.
Millidə ireliləyişin bir səbəbi də Qurban Qurbanovdur. Apardığı düzgün strategiya millidə də öz əksini tapıb. Lakin digər kulublarımız və məşqçilərimiz milliyə ancaq zərər vurur. Saşa çox keyfiyyətli oyunçudur. Lakin Aylarını ehtiyat oyunçu kimi keçirdiyindən həm formasını itirib həm də özünə inamını. Qarabağın oyunçularından başqa Sadəcə Mahir Şükürov və Kamran gözə gəlimli oyun oynayırdı.Qalan bütün oyunçularımız son bir ildə tamamilə sönüb. Sönmüş Elvin Məmmədovu da Qurbanov Alovlayıb. Bəs bizim sönmüş digər istedadlarımızın nə vaxt alovlandığını görəcəyik? Nizami Hacıyevi, Cavid Hüseynovu,Araz Abdullayevi, Saşa Yunisoğlunu,Bəxtiyar Soltanovu kim Alovlayacaq? Hələ Neftçinin gənc komandasının yetirməsi olan və U-19 un vazkeçilməzi olan Tural İskəndərovun Lippert və Gədənin arasında sıxışdıralaraq söndürülməsini demirəm. Bu oyuncu çox istedadlı oyunçudur. U-19 un tək-tük qollarına da imza atan idi. Və U-19 da ikən Lippertin təhqirinə cavab qaytararaq mübahisə etdiyinə görə Gədə tərəfinnən gözardı edildi.İndi onun da Alovlanmasını gözləyirik. Çünki artıq Qarabağdadır. Doğma dayısının əmrindədir. Əcnəbi məşqçiləri qınamıram. Əcnəbi zehinli klub idarəçilərini qınayıram.Məşqçi üçün nə fərqi var? Hərhalda mən də Ukraynada məşqçi olsam mənə fərq eləməz ki Ukrayna millisinə zərərim dəyir. Apararam Azərbaycanlı ehtiyatda qalmış oyunçuları daim oynadıb səviyyəsini artıraram. Bu sözlər keçmiş kolxoz sədri Xodukinə, Martin Gədəyə,Rasim Karaya aiddir.Amma səbəbkarlar isə bunlara imkan verənlərdir.Xodukinə 3-c il imkan verənlərədir.Qarabağ, biraz Neftçi və son zamanlar Xəzər lənkərandan başqa milliyə heç kim hazır oyunçu göndərmir.Foqts neynəsin? məcbur qalaraq biraz fərqlənən əcnəbiləri Kürdəmir vəya Yevlax vətandaşı edib millidə oynatsın.Və bəzi oyunçuları məcbur qalıb millidə oynatsın. Samir Abbasova səbr göstərsin, Axtyamovu da qurtarıcı qismində oyuna daxil etsin. Görünür bu iki oyunçunu məcbur qalıb oynadır. çünki oynatmasa hər ay cibinə qoyduğu 95 min avrosu havaya sovrula bilər. Foqtsun da səhvləri var.Çünki bu işə tam özünü həsr eləmir. Yenə də töhvəsini verir millimizə.Təbii ki, o da Maurinyo, Qus Hidding,Luçesku və ya Rijkard deyil.
Samir Əsədov: Goresen biz ne isteyirik Berti Fogtsdan?Guya bunu govub yaxshisini getireceyik?Bir defe bunu eledik.Yadinizdan cixib?Torres getdi Shahin Diniyev geldi.Ne oldu?nese bir deyishiklik oldu?Oz meydanimizda yuksek hesabla uduzan yerli meshgcinin bashcilig elediyi Milli komanda deyildimi?Shohret ordenli meshgcimizin bashcilig etdiyi Milli komanda 0:10 hesabiyla yenilmedimi?Ne tez yaddan cixartdiz.Gelin eyri oturag duz danishag.Berti Fogtsu govag Elini ve ya Velini getirek.Ne olacag?Biz dunya cempionu olaciyig?Ya ele bilirsiz regib gapisina gollari siralayacayig? Yaxud yuksek xal yigib grupda 3-4 cu yerleri tutaciyig.Kim Meshgci olursa olsun,Isteyirsen Milli komandani Lenkeranda yox Kosmosda oynat bunnan artigini eliye bilmeyecek.Gelin baxag Milli komandanin Berti Fogts teze bashcilig etdiyi zamana ve indiki zamana.Cox shey deyishib.Evvel futbolcular topdan,regib oyuncudan gorxurdularsa indi mubarize aparirlar.Mubariz bir komanda yaranib bizim Milli komandada.Deyirik ki,7 oyundu gelebe gazana bilmirik. Guya evvel neynirdik?Evvel nece indi de bele.Men Foqtsu destekleyirem.Bu geder xerc cekilib.Deyirsiz Her secme merhelede bir meshgci deyishek ?Her yeni meshgci de sifirdan bashlasin?Bes bunun sonu ne olsun?7 oyun gelebe gazanmasa Ingilterenin ,Almaniya ,Italiya,Ispaniya,Hollandiyanin meshgcisi istefa versin.Azerbaycan yox. Niye gore Azerbaycanin pullarini havaya sovurag.Xerc cekilir Berti Foqtsa eziyytet ceksin Millini bashlayibsa axira geder de davam etdirsin.Bizim itireceyimiz hec ne yoxdu menim gardashlarim.Gelin Fogtsdan 1 ilin icinde foks gozlemeyek.Biz bunnan artigini bacara bilmirik.Asvaltin ustunde futbol oyrenen futbolcudan bunnan artigini gozlemeyin.Men bu gun Milliden gozel oyun isteyirem.Merd,hec bir regibden gorxmayan,cekinmeyen,oynuyub uduzan Milli komanda gormek isteyirem.45 degige ora -bura gacib galan 45 degigeni meydancada yeriyen Milli komanda yox.Men Milli komandadan hec neyinki final merhelesine hec 3-4cu yeri tutmalarini bele gozlemirem, cunki bunu bacarmazdar.Bir sheyi yaddan cixartmayag ushag futbolu, meydancasi olmayan bir xalgin Milli komandasi ancag bele olur.Yavash -yavash Foqtsa shans verek ishini gorsun.3-4 ilden sonra eger Milli komanda da irelileyish olmasa onda istefa versin.Biz nece illerimizi itire-itire gelirik.Evvel deyirdik ki,Fuad Musayev eliyir.O getse yaxshi olacag her shey.Getdi ne oldu?Sonra meshgcileri deyishdik?Ne oldu yene hec ne?Onda ayildig ki, biz hamidan geride galmishig.Butun dunya futbol oynayir biz hele top-top.Belke Qarabaqin oynadigi futboldu?Belke Bakinin oynadigi futboldu?Eger siz ona futbol deyirsizse bes onda Avropanin neheng klublarinin oynuna ne deyek?Menim ezizlerim.Men de sizin kimi cox isteyerem ki, Azerbaycan futbolu brinci olsun.Men de isteyerem ki, Azerbaycan bayragi yukseklerde dalgalansin.Men de isteyerem ki, Azerbaycan Milli komandasi deyende guclu bir futbol komandasi yada dushsun .Gelin ozumuz ozumuzu aldatmayag.Gelin derinnen fikirleshib ve kescmishimize azacig da olsun digget yetirek.Gorerik Mustegillik gazannan bu terefe ele yenile yenile gelirik.Esas problemi hell etmek evezine meshgcini deyishirik.Gelin ushag futbolu yardag,gelin meydancalar tikek,gelin futbolcunu rushvetnen, tapshirignan yox oynuna gore klublara goturek,gelin Azerbaycanin her yerinde cempionatlar kecirib istedadli usgalari tapib ortaya cixarag.Eger bu mesgcini de istefaya gonderib yeni meshgci axtarishina cixsag cox demirem bizim futbol cox demirem 1 ilden sonra neyinki axirdan 2ci,lap axrinci olacag.
Rahib İsayev: Mence,bugunku oyundan sonra Berti Foqsu milliden uzaqlasdiracaqlar.Cunki o misiyasini basa vuracaq millimiz Almaniyaya boyuk hesablarla uduzmayacaq.Eslinde onu Bakiya buna gore getirmisdiler buna da nail oldular hamini terik edirem.Bilirsiz neyi dusunurem men ne vaxt millinin qelebesini gorecem?Ne qeder umidle yasayasan??Bu umidle qocalariq.Tesadufu qelebelerden basqa ne gormusuq axi??inanin mene milli seferde Lixtensteyne de uduzacaq en azi oyun hec hece bitecek.Bu gun ise usaqlara az qol buraxmagi arzulayiram ozunuz cehennem veteninizi dusunun.1 az veten sevgisi olsa inanin qarsida neinki Almaniya hec bir yigma dayana bilmez.
Tural Rüstəmli: Birdaha Salam!! men bu defe SAMIR ESEDOV adli oxuyucuya oz fikrimi bildiriram qaqsh bir meshqchi ki meydana uduzmaqa chixib o meshqchiden ne gelecek gozleyirsen???? gor Foqts ne deyib "Biz onsuzda Almaniyaya uduzacayiq" sen bele meshqchiye nee qiymet verirsen her bir meshqchi qabagindaki reqibin kim olmasindan asili olmayaraq meydana qelebe ezmiynen chixmalidilar Foqtsin ne veicne 95 min alir kef eleyir neceki Shotlandiyani ve Nigriyanin evini yixdi indida Azerbaycanin evini yixir sohbet futboldan gedir ama bizim federassiya artiq oyanmaqa gecikib Foqts bu oyundan sonra hela almaniyada qalmalidi sen bele meshqchinin neyine qiymet verirsen men basha dushmedim hemdeki ozunde deyirsenki pullar havaya sovrulmasin beyem her ay 95 min yavaya sovrulmur? Foqts mir meshqchi kimi men onu qebul etmiram neyinki men butun Azerbaycan azerkeshleri bir nechesi istisna olmaqla. qaqa indi dushun gor kim hakli sen ve ya men?????mana maraqlidiki geyinib soyunma otaqinda Foqts oyundan qabaq oyunchulara ne deyir mana bu chox maraqlidi.ama eslinde meshqchi oyundan qabag oyunchulari umidlendirmelidi Foqts kimi yox.Foqtsdan yaxshi alverchi chixar !!!!!!!!
İlham Qurbanov: bugunki gun butun gunlerden ferglidir ve bu oyununda bele bir vaxtda bawlamasi sensasiyalarnan neticelene biler. tesvir edin ayin 9u, 9cu ay, il 09, oyunda almanya vaxti ile bawlayir saat 9da. Men wexsen bu oyunda 9 gol gozleyirem:::) yagin hesab 5:4 olar:)))
Vasif Ramazanov: Menim fikrimce bugunki oyunun taktikasini butun oyunlardan fergli olarag chox geyri bir adi uslubda gurmag lazimdir ve bu bareda Jenab Foqts-u melumatlandirmag lazimdir. Burada digget ancag oyunun vaxtina yonelmelidir. Her defe hakimin saatinda egreb 9 regemine yaxinlawdigda hamiligla gapichi ve 1 nefer hucumcu chixmag werti ile, 9 neferden ibaret kollektivimiz gruplara boluwerek garwi terefin (bu halda Almaniya millisi) 9 regemli oyunchularini neyin bahasina olursa olsun zerersizlewdirmelidirler. Belelikle saatlarinizi hakimin saati ile duzeldmeyinizi meslehet gorurem::))
Anar Raul: Ezizlerim 1 daha deyirem ki ,gelin bu gunki oyuna baxaq ve cunki ilde 1 defe olan bele seviyyeli komanda ile ozude seferde millinin ne veziyyetde oldugu bu oyundan sonra billinecek.... eger hesab 4:0,5:0,ve ya cox olsa AFFA Bert Fogtsu istefaya gondermese ,onda deyerem ki bizim gururumuz yoxdu ...semimi deyek bizim futbol son 2 ilde ireleyishle inkishaf edir odaki meshg bazalari,stadion,futbol mektebi,azyashidlarlar ve boyukler u4un meydan4alarinin olmasi sayesinde ..........odaki AFFA nin planina esasaen,burda yigmainn indiki veziyyetde olmasi he4de Fogtsla bagliligi yoxdu.....bizim canimiz bilirsiz neye yanir 4unki Bert Fogtsa o xercelenen pullar deymez. onsuz o gorduyu ishi bizim Agaselim ve Gurbanimiz da gorer....yeni bizim indiki yigma oyun4ularimizin ustune GUs HIdink ve ya Fergyusonu da getirsen xeyiri yoxdu ,,,,,,guclu komanda yaratmag u4un kokunden bashlamag lazimdi ,bele oyun4ularda bizde hele yetishmeyib,hele |"kaldilar " futbolda......fiziki cehetden catdirmayan oyun4u ile nece presing ve ya taktika gura bilerik ozunuz dushunun .....Meni en 4ox yandiran odur ki ,Fogts Azerbaicani her yerde laga goyur ,oz adini galdirmag u4un guya bizim futbol oynamaga topumuza kimi yox idi ,bu kishi getirdi. Ay FOX ( tulki) , get ozuvu ele sal guya sen gelmemishden gabag biz futbol oyanaya bilmirdik ,sen geldin bize oyretdin........Danishanda da ele danishir ki guya ALMAN futbolu butun dunyaya gan unutdurur ,onda Ingiltere ve ya Italya ,Brazilya neynesin Fogts ...!!!!!!!!!!!! Hara getmisen onsuz govulmusan ,2 ci defe ....Atalar 3 den deyib ! Her halda da 3 cu deyen bizim boyuk atalrimiz olar AFFA da oturan,bu defe onlar deyer "YAXSHI YOL SENE" men yanib tokulurem ki,Bextiyar Sultanov kimi cavan prespektivli kadri indiden sindirirsan ,yigmadan uzaglashdirirsan yerinde formada olamayan onun bunun shotuna ozune nehayet ki klub tapan oyun4unu yigmaya devet edirsen ve ya Zeynal Zeynalov ...... Ne geder ki sende yuxariya baxib oyuncu sececeksen ,yigma bu gunde olacag ! BAshiniz salamat yuxuda gormushem ki Almanya 7:0 udur ,yuxum 4in 4ixmasa yaxshi olar!!!!!!! Belede ki ne olmalidir ki))) 1 meshg4i ki deye ki Almanya udacag ! Ne bilim ,Fashistdide ne deyesen!!!!!!
Vüqar Hüseynli: AZERBAYCAN JURNALISTLERININ ekseriyyetinin BOYUMEYE EHTIYACI VAR.
SIZIN YUMOR HISSI ILE BAGHLI PROBLEMINIZ VAR DOSTLAR. BERTY-YE COX SAGH OL DEMALIYIK.
SADALADIGHINIZ PROBLEMLERIN UNVANI ISE BASHQADIR.
BU DAVRANISHLARINIZI HEC BIR AZERBAYCANLIYA YARASHDIRMIRAM:(((
Kənan Babayev: Evvela salam. Size mektub yazmagimin sebebi sizin sayti her zaman oxudugumla elagedardir. Siz peshekar metbuat numayendelerisiniz ve eger futboldan azda olsa bashiniz chixsaydi bele sert movge tutmazdiniz. Siz oturub durub dushursuz Berti Fogtsun ustune. Yaxshi mene deyin gorum indiye kimi Azerbaycna yigmasini xeyli sayda yerli meshgchi chalishdirib, onlarin hansinin meshgchilik etdiyi zaman yigma inkishaf edib ? Sirf tesaduf neticesinde her hansi komandaya galib gelmishik , oda onnan asili idi ki regib bizim futbol hagda melumatsiz idi, bizi giymetlendirmirdiler. Ona gore sirf tesaduf neticesinde galib gelirdik. Indi Agaselim Mircavadov ve onun kimileri Berti Fogts hagda tengidi fikirler soyleyirler , hormetli Agaselim muelllim girargdan durub meslehet vermek asandir , gorek siz bu il Xezer Lenkeranla ne edeceksiz , men bunu bilirem siz olke chempionatinda hech 3-cu yeride tuta bilmeyeceksiniz? Azerbaycan yigmasi hal hazirda Fogtsun reheberliyi altina omrunde ilk defe stabil oyun numayish etdirir, eger Affa rehberleyi sebr edib Fogtsa imkan verse inanin ki Azerbaycan yigmasi hamimizi sevindirecek. Ilde bir meshgchi deyishmekle ise biz yalniz geriye addim atmish olacagig. Fogts ise artig yigmanin fiziki hazirligina xeyli derecede nail olub. Evveler nece idi ? Azerbaycan yigmasi yerinde sayirdi , birinci hisseni oynayirdi. ikinci hissede tam dayanirdi ve ona gorede dal ba dal gollar buraxirdi gapidan. Birde Finlandiya ile oyuna toxunmag isteyirem. Fogtsun taktikasi duz idi , 1-ci golu vurannan sonra yigma hesabi gorumagda israrli deyildi , mehs buda Fogstun sayesinde ilk defe Azerbaycan yigmasi yeni hucumchu ile guclendirildi. Birce Reshad Sadigovun olmamasi ucbatinnan mudafie laxladi. Buna Fogts neylesin ? Dursun ozu gachsin topa tepik vurub gapidan uzaglashdirsin ? Beli Azerbaycan yigmasi ilk defe hesabda ireli olarken bele taktika sechdi ve buda tam duzgun taktikadir , chunki dunyada futbolu bu gur oynayirlar , en yaxshi mudafie hucum etmekdir , geri chekilib arxada oturmag yox ki, regib dal ba dal hucum etsin.
Emin Kərimov: berti foqts.....Beli,duz tapmisiziniz.Bu ada hormet etmediyimden kicik herflerle yazdim.Insanlara yaxsiliq etmek Tanri dergahin da en savab isdir.Ozu de bu muqeddes ''Ramazan ayi''nda.Affa,bu ''mesqciye'' 95min avro vermekdense nece-nece xesteleri mize,kasiblarimiza,ehtiyacli insanlarimiza komek ola bilerdi.En azi bu insanlar komekliye gore olenlerinize rehmet oxuyacaqdi. foqts neyledi. Dusunun......?
Anar Abdullayev: Herkese salam. Bezi azerkesler deyir ki Berti Foqsa vaxt lazimdi. zennimce 1 il vaxt o qeder de az deyi. Men demirem k bir ile Berti Azerbaycani qrupdan cixartmaliydi. Rusiyani udmaliydi. Amma eger Bertinin geleceyine umid edirsinizse yanilirsiz. Eger Berti indiye qeder bize umid veren nese etmis olsaydi (Bu cuzi bir se de ola bilerdi) biz de vaxt vermek de haqli olardiq. İndiki alda ise biz inkisafdan dayanmisiq. Tesevvur edin Kamran Agayevin seviyyesi oyuncularimiz kimi olsaydi hesab..... O ki qaldi Agaselim muellimin ugurlarin subhe etmeye. Deye bilerem ki o artiq etdiyiniedib. Xezer Lenkerana ilk gelisinde 2 il erzinde mumkun olan 4 mukafatin (2 Azerbaycan kuboku 2 Cempionluq) 3-cu qazanib..... 4 MUKAFATDAN 3-u!1 Hele bu azmis kimi Birlik kubokunu da getirib. Yeni iki ile 2 kubok 2Cempionluq ve yerli Arenadan kenarda qaznilan Birlik kuboku. Mence bunlar cox seyden xeber verir. Bir de Fransaya 10:0 meqlubiyyeti - o zaman Azerbaycanin budcesi indikinin yaninda okeanda damla kimi idi. Bu sadece saysiz hesabsiz sebeblerden biridir.
Fərid Baxşəliyev: Salam.Oyundan evvel dostlarima demishdimki bizim komanda 4-0 uduzacaq, hele de oldu. Eslinde yani men komandamizi bir jurnalist kimi tenqid etmek fikrinde deyilem. Cunki bizim komanda Azerbaycandir, reqib komanda ise Almaniya. seviyye goz onundedir. Oyuna gelince desemki uduzmagimiz Samir qirmizi vereqe alandan sonra oldu yalan olar, onsuz da Almanlar qalib geleceydiler. Ama baxmayaraqki uduzduq pis oynamadiq. Yani daha dogrusu hemiseki kimi fexr elediyimiz "ezmkar" oyunu gosterdik guya. ama Kamran qeseng oynadi. Sebr edin iki oyun qaldi, Rusiya ve Lixteynsteynle oyun.sizi emin edirem,iki oyuna 6 xal gotureciyik. Ama ama yigmada Levin,Certaganov,Fereyra olmasa. Yeri gelmisken ele bir qol da deyesen ele birinci qol, Levinin sehvinden vuruldu, o biri qollarda da onun sehvi varidi.
İslam Allahverdiyev: Salam. Bundan sonra da Foqsta guvenenler mence Azerbaycanda futbolun inkishafinda maraqli deyiller.
Ramin Həbibov: Salamlar hamiya.Başa düşə bilmirem hele niye Foks millimizdədi? Demek AFFA hələdə yatıb.Bu legionerləri komandadan uzaqlaşdırmaq lazımdi axı onlarin neyine lazim Azerbaycan millisi udur ya uduzur....Desəm Azərbaycanda futbolcu yoxdu səhv etmiş olaram.Niyə? Çünki "Qarabağ"ın heyyətində Admir Telidən başqa öz futblcularımızdı,avrokuboklarda heç də pis oynamadilar.Samir Abbasov Foksun sevimlisidi o ondan futbolçu çıxsa ay millet bizden kosmonaft çıxar. Fikrimcə Foksda günah yoxdu günah AFFA dadı Foksun əlinə imkan düşüb o da ütür.Zaur Ramazanov, Rəşad Abdullayev,Ruslan Poladov,Zaur Həşimov,Rahid Əmirquliyev,Tural Cəlilov və adı yadıma düşməyən bir neçə futbolçularda var ki milliyə lazimdirlar.
Nicat Kərimli: Bir daha hər kəsə salamlar. Mən artıq oyundan sonrakı fikirlərimi bölüşmək istəyirəm. Bəli Almaniyanı udası deyildik amma. Artıq bu oyundan sonra 100% deyə bilərəm ki, Berti getməlidir. Özümüzlə bir yerə qoymadığımız, guya bizdən qorxan erməni futbolçuları isə Belçikanı udur. O Belçikanı ki, bizim Tofiq Bəhramovda ölü futbol sərgilə-sərgiləyə 0:1 hesabı ilə məğlub olduğumuz Belçikanı. Yoxsa dğaların bizim 0:8 məğlub olduğumuz Polşanı keçən tsilkdə 1:0 yendiyi, Portuqaliya ilə 1:1 qaldığı yadınızdan çıxıb. Bizimkilər isə 13 il bundan əvvəl TƏSADÜFƏN İsveçrəni udduğunu 1 əsr deyəcəklər və irəliyə baxmayacaqlar. Farer adaları 8 ildi qələbə qazana bilmirdi. Və tilsim qırıldı. Litvanı devirən Farer 8 illik fasilədən sonra qalib gəldi. Lixtenşteynə gəlincə. Ay onları udacağıq, ay 3 qol vuracağıq. Bunlar boş- boş şeylərdi. Biz bu matçda 1 qol vurub məğlub olsaq bu bizim üçün super nəticə olar.Lixtenşteyn keçən tsikdə İspaniya Ş.İrlandiya Latviya kimi at oynadanların qrupunda 4 xal qazanmışdı. Yəqin futbolu diqqətlə izləyənlər bunu yadlarında saxlayıb. Hər şey cəhənnəm amma ermənilərin udmağı bizi coşdurmalıdır. Keçən tsilkdə guya onları udacaydıq. Hamı deyirdi ermənilər bizdən qorxdu deyə Moskvada belə oyuna razı olmadılar. Yaxşı ki, onlarla oynamadıq. Yoxsa biabır olardıq.2 oyundan 1 xal belə bizə çox idi. EY MİLLƏT!! Özünüzə diqqətlə baxın. Bizdən başqa hamı az da olsa uzun illərdən sonra qələbə qazanır. Özü də elə sürpriz komandayla oyunda xal qazanır ki, adam məəttəl qalır. Bizimkilər isə öz aləmlərində gələcəyin komandasını, inkişafını qurur. Gündə suni örtüklü meydançalar istifadəyə verməklə deyil ee. Gərək adamın başında ağıl olsun. Pulu hara xərcləməyi bilsin. Ağasəlim bəyin dediklərini hamısı ilə razıyam. Ay AFFA, 95min avronun yarısını yerlilərə versən onlar Azərbaycanı dünya çempionatının qrup mərhələsinə, hətta 1\8 mərhələsinə gətirər. Futboldan anlayışı olmayan birinə bu qədər pul verən başqa futbol qurumu tanıyanlar mənə xəbər versinlər. Artıq ürək dözmür. Bu qədər zəif futbol göstərmək olar? Hal- hazır ki futbolda belə bir söz var ki "İndi zəif komanda yoxdu". Mən bununla razıyam. Hər cür sensasiya ola bilər. Amma deyim yarımçıqdı. Deyimin davamında "bir istisna var o da Azərbaycan milli komandasıdır" demək düz olardı. Mən bu tənqidləri edirəmsə futbolçularımıza etmirəm. Çünki onlarda günah görmürəm. Futbolçularımızı yönləndirənə və bu yönləndirəni tapıb gətirənə edirəm.
Sabir Xanlarov: Ay qardas el cekin foqtsdan da.Sozum bizim futbol yazarlarinadi ne olsun lixtenisteyinin 2 xali ne olsun farer adalari qelebe qazanib bunlardan bize ne.
1) Berti Foqts gelenden yigmanin oyunu + menada deyib.Oturmeler duzelir,qorxaq futbol oynamirlar,ezmkar oyu gosterirler,ne olsun qol vura bilmirik amma ortabab avropa komandasina benzeyirik.Qol yavas-yavas gelecek.
2) Sozum bizim azarkesleredi:Biz her secme merhelede 1 komandanin torbasini tikmek ve 1-2 hec hece elemekle isimizi gormus hesab edirik amma ozumuzu aldadiriq.Berti Foqts ise daimi qelebeler qazanmaq ucun komandani yigir.
3)AFFA eger Berti Fotsnan is birliyine son qoysa bizim futbol hec vaxt inkisaf etmeyecek.AFFA futbol yazarlanin sozu ile oturub dursa hecne.
Müşfiq Feyzullazadə: Samir Abbasova nifrət edirəm, elə bil hakimi məcbur edirdi ki, məni sahədən qov. Sahədə olduğu müddətdə isə ancaq səhvləri ilə yadda qaldı. Kamrana isə halal olsun
Roska K_Maro: SALAM..bunu yazmaqda ese meqsedim bezi agzi goycek mutexessizlermiz va butun FOQSSUN getmeyni isteyen jurnalistleredi... MENIM FOQSUN GETMEYNI ISTEYENLERE SUALLIM VAR FOQSDAN NE ISTEYIRSIZ?? ELE YAPIWMIZ 1WEYDEN KI LiXTENWTEYN BIZI QABAGLADI BES YAXWI NIYE DEMIRSIZ KI LIXTENWTEYN ILK QELEBESINI BIZIM MILLI UZERINDE QAZANIB VE MILLIMIZ BAWINDA YERLI MEWQCI ILE NIYE FOQSUN EZIYYETINI YERE VURURSUZ MENE YIGMADA YAWI 30 OTMUW FUTBOLCU GOSTERIN INANIN MILLININ BAWINDA YERLI MEWQCI OLSAYDI YENE KOHNE QURDLAR EMIN QULIYEV ZAUR TAGIZADE VE B.YAWI OTMUWLER OLACAQDI NIYE CUNKI ONLAR BIR-BIRI ILE ELBIRDILER AGIZ DOLUSU YERLI MEWQCI DEYIRSIZ WAHiN DINIYEVIN VAXTINDA OZ WEXSI PROBLEMLERI UZUNDEN RESAD SADIQOV MILLIDEN KENAR QALMIWDI FUTBOLCUNUN ADINI CEKMIYECEM WAHIN DINIYEVIN VAXTINDA BELCIKAYA SEFER OYUNDA GOR MILLIDE NECE DERBEYLIK IDISE FUTBOLCU MEWQCINI WAHIN DINIYEVI DOYMEYE GEDIRMIW FOQSA VAXT VERMEK LAZIMDI O BOYDA DUNYA CEMPIONU TORRES GELDI BEYENMEDIK AVROPA CEMPIONU FOQS GELIB BEYENMIRIK BIZ HEMWE OYREWMIWIK BEXTA 1 TSiKiLDE 1QELEBEYE AMA FOQS GELECEYIN STABIL KOMANDASINI QURUR ELVIN MEM. CAVID HUS.RESAD SADi. hansi yerli mewqcinin vaxtinda yigmaya cagirdilar ??? biz en azi foqsa 3il vaxt vermeliyik inanin milli Foqsla 3ilden sora en azi avropada sozunu deyecek yene uzmu jurnalistlere tuturam oz iwivi gorun qelemvizle iwivizi gorun ucuz yola el atmayin..belke menim bu yazim saytda verilmeyeceka ama versezde vermesezda sag olsun.. bu menim fikrimdi FOQSA MILLIDE QALMALIDI !!!
Pərviz Məmmədov: Bilmirem day Fogts neylemelidi ki bizi mecbur elesin onu govag.Millinin tarixinde en az xal gazanib, enaz gol vurub, danishsnda da bizi ortaya goyub agzina geleni dahishir. Almanlarla oyunda Samiri goyur mudafieye ,eslinde bize gore zeif oyunchu deyil Samir, ancag dayag yarimmudafiechisi oynayanda,chunku o her oyunda 1-2 kobud sehv eleyir, dayag yarimmudafiechisini yene sigortalamag olur mudafiechiden fergli olarag.Onun mudafiede oynamasi Fogtsun chox boyuk sehvidir,Samir de hemisheki sehvlerin eleyenden sonara olan- galan oyunumuzu da itirdik.Sonraki evezlemesin gorduz Fogtsun?)Geleceyin oyunchusun buraxdi)Pereyrani)Yashida yerindedi, chekisi de, guc-bela dashiyirdi ozun,gunah elbelbette onda deyil, onu o oyuna buraxandadi, ozu de dogurdan da perspektivli ve genc Abishov ola-ola.Memmedovu Huseynovla evezlemesi de duz deyildi, chunki 1-ci bu gune daha seviyyelidi,bele de ki yaxshi ki hele Axtyamovu buraxmadi.Eslinde Fogts gelenden yapishmishdi legionerlerden ,sonra metbuatin,mutexessislerin tezyiginden,Garabagin ugurundan sonar tam meneda kechdi yerli genclere ,indi de ozun ele gosterir ki guya bu onun oz fikridi.
Kechmishi misal getirenler gedib neticelere baxsalar gorerler ki en az xal yigan, en az gol vuran Fogtsun komandasidi,bir teselliviz o ola biler ki mugayisede bir geder az buraxirig, bu da ki Agayevin hesabinadir,shubhe eleyenler gedib Uelsle, Finlyandiyayla ilk oyunlara, bir de elbet ki dunenki oyuna baxsinlar, en az 10-15 olu top chixardib 3 oyunda, hele gaytarilan penaltini demirem.O ki galdi oyuna, Torresle Diniyevin komandasini chixsag milli evde ele en az indiki kimi oynayib da.Neicelere de baxa bilerik, son ev oyunlarinda Finlyandiyani 1-0 Lixtenshteyni 4-0 udmushdug ,Uelsle 1-1 oynamishdig,Fogtsun bu komandalarla neticelerin de ki hami bilir+
Fogts tez tez deyir geleceyin komandasin gururam ,neticeler gosterir ki bu nagildan bashga bir shey deyil,hele dunya reytinginde yixila-yixila getmeyimizi demirem.De,Garabag da geleceyin komandasin gurur, ancag avropada klub rekordlarimizi gira-gira,day Fogts kimi antirekord gira-gira yox.Ozu de Garabagla millinin heyeti demek olar ki eynidi,MESHGCHI ferglidii bir de NETICELER.
Hele neticeleri bir yana, xaricde her musahibe verende oyunchulari ortaya goyub agzina geleni danishir. Tekce son musahibesine gore onu bashga olkede indiyecen choxdan govmushdular.Biz ise nedense hele de gozleyirik.
Elnur Həmidov: Hər halda hər şey 9-u axşamı göründü.Məncə əlavə şərhə ehtiyac yoxdu.Mən indi səbirsizliklə Lixtenşteynlə oyunu gözləyirəm....Məncə artıq o oyundakı məğlubiyyətə və ya heç-heçəyə heç nə ilə bəraət qazandırmaq mümkün olmayacaq.Axı o oyundakı mümkün xal itkisi sonuncu olmağımızı rəsmiləşdirəcək ki yəqin mənimlə razılaşarsınız ki bu da rüsvayçılıq deməkdi....Amma heç birimiz bu cür sonluğu arzulamır yəqin ki....ALLAH axırını xeyirli eləsin....Amin.
Rəşad Muradov: Salam hormetli qol.az. Men Elnur HƏMIDOVun yazisina cavab olaraq bu mektubu yaziram. Hormetli Elnur muellim. Seleksiya baresinde dediklerinizle sizinle razilasiram. Her halda siz dedikleriniz heyata kechse neyese umid etmek olar. Amma. Teessufki ammasiz kechinmek olmur. Fuad Musayevin sizin sayta verdiyi musahibesini oxdum. Tam olmasa da onunla raziyam. MAhmud Qurbanov Emin Quliyev de olmasa Neftchi ve milli Azerkeshi kimi Zaur Tagizadenin milliye cagirilmasinin terefdariyam. neinki Ramimi milliye chaqirib sonrada onu ordan kenarlashdirmaq. Menim yadimnan chixmir Zaurun Xezer lenkeranin qapisina Tofiq Behramov Stadionunda vurduqu qol. O tecrubenin istifade olunmasi MUTLEQDIR. Legioner getireceksen o dda meni sayiblar, millilerine devet edibler deyib oynayir. Daha sonra gorurki onun burdki yerine loru dilde desek *miz* qoyurlar hevesden dushur oynamir. Neqeder yaxshi oynasa da ona soz yox Ramimleri milliye chaqirmaq qehremanliq deyil. Qehremanliq oz tecrubemizden duzgun istifade etmekdi. Oz oyunchumuz ola ola niye basqasini chaqirirlar. Yaxshi Mahmud Zaura nisbeten yashlidi. Amma Zaur Mahmudun yashina chatana qeder ki oynaya biler.Hemde biz Hollandiya deyilik ki, bizim hansisa oyunchumuz milli karyerasina son qoysun(Van der Saar kimi).Sizin de deyiniz kimi Elnur muellim.
Hami kimi mende xarici komandalara azereslik edirem Amma en esasi millidi. O gun bir azerbaycanli futbolchunun muhasibesini oxudum. Meni teessuflendiren o genc futbolchunun Mene Azerbaycada deyer vermediler. Avropaya tranplin uchun Rusiya daha yaxshi variantdi demesi oldu. O qeder teesuflendimki az qala *Cehennem olsun milli* deyecekdim. Ureyim gelmedi
Diger bir saytda Hollandiyada oynayan 13 yashli Azerbaycanli futbolchunun musahibesini vermisdiler. Onun hucuma meyilli yarim mudafiechi yazilirdi.Hetta arada hucumchu kimi oynadiqi da qeyd olundu.
Xaricde oynayan yaxshi oyunchularimiz ola-ola, Azerbaycanda cixishdan imtina eden futbolchular ola-ola AFFA hara baxir. Millinin her gorushune Bayraq aparmaqla ish bitmir. Lap sen reqib komandanin azerkeshinede bizim bayraqi ver.Onnan kime ne olacaq? Yeni biz udacayiq??? Bu fonda bir *Baki* klubunu alqislamaq olar.Rey Mammadovu siralarina qatdigi uchun. Men xeberleri izleyecem ve onun *Baki*nin ve insallah millinin heyetinde kechireceyi oyunu sebirsizlikle gozleyecem.
Sonda bir sheyi de demek isteyirem. Ne qeder Mahmud millide oynamaq uchun yashli olsa da onun uchun millide vida oyunu kecirmek lazimdi.*Profesoorumuzu* yaddan cixartmaq olmaz. Yoxsa onun bunun elmler namizedi gelib bize ders kechecek.
Konte: “Prezidentlə danışığımız həlledici oldu”
"Liverpul" Virtzin transferini rəsmən açıqladı
“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer
"Qarabağ"dan növbəti transfer - Rəsmi
"Sabah"ın yay hazırlıq planı bəlli oldu
"Liverpul" onunla 5 illik müqavilə imzalayacaq
Millimizin təlim-məşq toplanışı üçün heyəti
AFFA prezidenti FIFA Sammitində
UFC ulduzlarının “Qarabağ” ziyarətindən - Şəkillər
Florian Virtz yeni klubu üçün tibbi müayinədən keçdi
Dirk Kuyt istefaya göndərildi
"Neftçi" Polşaya gedir - 2 rəqib bilindi
"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev
Azərbaycan güləşçisi diskvalifikasiya edildi
Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı
İlham Əliyev UFC prezidentini qəbul etdi - Şəkillər
1 il əvvəl komandası avrokubokda "Zirə"yə qarşı oynamışdı - İndi özü Azərbaycanda çalışacaq
"Araz-Naxçıvan"da 2 yeni müqavilə
Messi: "Ronaldoya heyranlıq duyuram"
"Sabah"ın yeni baş məşqçisi açıqlandı
Akvilani B seriyası klubunda
Olcay Şahan baş məşqçi oldu
PSJ dünya çempionatında belə uduzdu - Video
"Zirə" - "Hayduk" matçının vaxtı dəyişdirildi
“Mançester Siti”yə 2 milyon funtluq cəza
Messinin cərimə zərbəsindən vurduğu gözəl qol - Video
"Gələcəyə ümid verən komandamız var" - Aqil Nəbiyev
Mbappe xəstəxanadan buraxıldı
Messi qol vurdu, "İnter Mayami" qalib gəldi
Kundenin gələcəyi ilə bağlı planı bilindi
"Şamaxı" "Karvan"la üz-üzə gələcək
Dünya çempionatının oyunu yarımçıq dayandırıldı
Kurtua: "Bəzi köhnə vərdişlər hələ də qalır"
Cüdoçumuz turniri medalsız başa vurdu - Dünya çempionatı
Millimiz Moldovaya qalib gəldi
"Bayer" "Liverpul"un oyunçusunu hədəflədi
Mbappe xəstəxanaya yerləşdirildi
"Nyukasl"ın Reşford planı
"Arsenal" onun üçün 60 milyondan çox pul xərcləyir
Enrike: "Bütün oyunçularım “Qızıl top”a layiqdir"
"Liverpul"dan "Ayaks"a - Rəsmi
AFFA "Şamaxı"nın məşqçisinin 1 illik cəzasını azaltdı