Elvin Məmmədov: “Finlandiya heç də zəif deyil”

Elvin Məmmədov: “Finlandiya heç də zəif deyil”
XƏBƏR 3 Sentyabr 2009 / 14:21 1833
-  A +

“Finlandiya millisiylə oyuna dünəndən etibarən Lənkəranda hazırlaşırıq. AFFA tərəfindən hazırlıq üçün milliyə yaxşı şərait yaradıb. Təbii ki, məqsədimiz qələbə qazanmaqdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Elvin Məmmədov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiyaya qarşı keçiriləcək oyun haqda danışarkən deyib. Gənc futbolçu millinin düşərgəsində əhval-ruhiyyənin gözəl olduğunu söyləyib: “Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Rəqibə gəldikdə, Finlandiya heç də zəif komanda deyil. Ancaq azarkeşlərin dəstəyi ilə, inşallah, meydanı 3 xalla tərk edərik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi