Türkiyənin nüfuzlu "Forbes Türkiye" jurnalı avqust 2009-cu il buraxılışında ölkədə fəaliyyət göstərən ən güclü türk menecerlərin siyahısını açıqlayıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "Bakı" futbol klubunun vitse-prezidenti Tunc Afşar 20-ci sırada yer alıb. Ən güclü menecerlərin siyahısı futbolçu sayı və əldə etdiyi mənfəətə uyğun tərtib olunub.
"Forbes Türkiye"nin açıqlamasına əsasən Tunc Afşarın "Yasmin Football Managament" şirkətinin müştəriləri 16 futbolçudan ibarətdir. Şirkətin Türkiyənin və Azərbaycanın müxtəlif liqalarında oynayan futbolçularla müqavilələri var.
Xatırlamaq yerinə düşərdi ki, Jabanın paytaxt təmsilçisi "Ankaragücü"dən "Bakı"ya transferi klubun vitse-prezidenti və Türkiyənin ən uğurlu menecerləri sırasında yer alan Tunc Afşarın səyləri nəticəsində reallaşıb.
Nüfuzlu nəşrin məlumatlarına əsasən, Türkiyənin ən çox qazanan futbol idarəçisi Ertan Göksudur. Futbol menecerliyi fəaliyyəti bu şəxsə 286 min 675 Avro xeyir gətirib. Ən çox futbolçu sayına isə digər uğurlu menecer Mithat Halis malikdir. Onun xidmətlərindən 273 futbolçu istifadə edir.
Onu da əlavə etmək yerinə düşərdi ki, "Forbes Türkiye"nin hesablamaları Türkiyə Futbol Federasiyası (TFF) və Almaniyanın Transfermarkt internet portalının məlumatları əsasında hazırlayıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!