“Saturn”dakı həmyerlimiz millidən dəvət gözləyir

XƏBƏR 31 Avqust 2009 / 22:58 2022
-  A +

“Hesabdakı fərqə baxmayaraq, oyun çox çətin keçdi. Bildiyiniz kimi, hər oyunda 60-70 dəqiqə oynayıram. Hələ ki, 90 dəqiqə oynamağa hazır deyiləm. Baş məşqçimiz istəyir ki, hər kəsə şans versin. Bundan əlavə, mənim mövqeyimdə çıxış edən daha üç futbolçu var. Növbəti turda Kazanda “Rubin”lə qarşılaşacağıq. Birinci yerdə olmaq üçün bu matçdan da qələbə ilə ayrılmağı qarşımıza məqsəd qoymuşuq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məqşçisi Şahin Diniyevin baş məşqçisi olduğu “Terek”i böyükhesabla məğlub edən “Saturn” klubunun əvəzedici komandasının gənc üzvü, həmyerlimiz Emin Mahmudov deyib. Azərbaycanla bağlı da qısaca danışan Emin ona hələ dəvət gəlmədiyini bildirib: “Hələ ki, milli komandaya dəvət almamışam. Ona görə də hazırda bütün diqqətimi klubuma yönəltmişəm. Bununla belə, Azərbaycanı çox sevirəm və dəvət gələcəyi tədqirdə məmnuniyyətlə qəbul edərəm”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi