“Levski” “Bakı” önünə itkiylə çıxacaq

“Levski” “Bakı” önünə itkiylə çıxacaq
XƏBƏR 3 Avqust 2009 / 11:39 1884
-  A +

Avqustun 5-də Sofiyada Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Bakı”nı qəbul edəcək Bolqarıstan çempionu “Levski”nin heyətində ciddi itki var. Qol.Az-ın məlumatına görə, srağagün “Liteks”ə qarşı keçirilən Superkobuk oyununda sofiyalıların yarımmüdafiəçisi Vladimir Qadjev zədələnərək sıradan çıxıb. Müayinədən sonra məlum olub ki, futbolçunun zədəsi çox ciddidir və o təxminən  yarım il yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, Qadjev Bakıda keçirilən ilk matçda 90 dəqiqə meydanda olub.  
 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi