“Qəbələ” azarkeşlərindən Elçin Məmmədova etiraz (FOTOLAR)

XƏBƏR 25 Sentyabr 2012 / 14:53 2298
-  A +

“Qəbələ” klubunun azarkeşləri hakim Elçin Məmmədova etirazlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, yerli azarkeşlər bu komandanın iştirakı ilə keçirilən oyunlarını idarə edərkən E.Məmmədovun idarəçiliyindən narazı qalırlar. Amma “Qəbələ” azarkeşləri hətta sözügedən hakim olmadığı oyunlarda belə, onun əleyhinə şüarlar səsləndirirlər.

Son olaraq, onlar dünən “Qəbələ” – “Rəvan” matçında E.Məmmədovun hakimlikdən getməsini tələb ediblər. Görüşü başqa bir hakim – Rəhim Həsənov idarə etsə də, onlar E.Məmmədov əleyhinə pankartlar hazırlayıblar. Pankartlar da “Elçin bəy, futbol sənlik deyil, get, futzalına” sözləri yer alıb.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi