“Simurq”un qapıçısının seriyası qırıldı

XƏBƏR 25 Sentyabr 2012 / 11:20 1488
-  A +

Zaqatalanın “Simurq” klubunun qapıçısı David Pietrzkieviçin quru seriyası qırılıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, polşalı qapıçı Premyer Liqada ilk qolunu VI turun “Kəpəz”lə oyununda buraxıb. Bunadək meydana çıxıb əvəzolunmadan keçirdiyi dörd qarşılaşmada qol buraxmayan David Şahin Kərimovun 20-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb. Bununla da polşalının Azərbaycandakı seriyası 380-cı dəqiqədə qırılıb.

Lakin polşalının şəxsi seriyası daha uzun olub. Bu il mayın 12-də Çexiya çempionatının “Teplitse” – “Banik” oyununda qonaqların şərəfini qoruyan qapıçı son qolunu həmin matçın 48-ci dəqiqəsində buraxmışdı. Bu isə o deməkdir ki, Pietrzkieviç 422 dəqiqədən sonra qol buraxıb.

Qeyd edək ki, “Simurq” 2007/08 mövsümündəki (3-6-cı turlar) quru seriya rekordunu təkrarlasa da, yeniləyə bilməyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi