“Simurq” braziliyalı futbolçu transfer etdi

“Simurq” braziliyalı futbolçu transfer etdi
XƏBƏR 24 Sentyabr 2012 / 14:45 2141
-  A +

Cari Premyer Liqada uğurlu çıxışı ilə diqqət çəkən “Simurq” heyətinə braziliyalı futbolçu cəlb edib. Bu, braziliyalı müdafiəçi Anderson Oliveyra Almeydadır.

Klubun icraçı direktoru Vaqif Əliyev Qol.Az saytının müxbiri ilə söhbətində qeyd edib ki, 32 yaşlı futbolçu ilə bir illik müqavilə imzalayıbılar.

Qeyd edək ki, Almeydanın son klubu Rumıniyanın “Vaslui” komandası olub. Burada 14 oyun keçirən braziliyalı “Simurq”a gələnə qədər azad agent olub.

Qeyd edək ki, Almeyda müxtəlif vaxtlarda “Levadiakos” (Yunanıstan), “Vitoriya” (Portuqaliya), AEP (Yunanıstan) klublarında çıxış edib.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi