İlham Əliyev Yozef Blatterlə görüşdü

XƏBƏR 21 Sentyabr 2012 / 19:25 2226
-  A +

Bu gün Prezident İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qol.Az-ın Prezidentin saytına istinadən yaydığı məlumata görə, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib. Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verilib.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi