Premyer Liqada daha üç oyunun vaxtı dəyişdirildi

Premyer Liqada daha üç oyunun vaxtı dəyişdirildi
XƏBƏR 21 Sentyabr 2012 / 18:41 3187
-  A +

"Xəzər Lənkəran" klubunun stadionunda U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Premyer Liqada üç oyunun vaxtı dəyişdirilib.

Qol.Az-ın məlumatına görə, PFL prezidenti Ramin Musayevin əmrinə əsasən üç görüşün vaxtı başqa tarixə keçirilib.
             
Premyer Liqanın VI turunun "Xəzər Lənkəran" - "Bakı" matçı 25 sentyabr 2012-ci il tarixindən 6 dekabr 2012-ci il tarixinə keçirilib.

"Xəzər Lənkəran" - "Bakı" matçı 6 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun "Simurq" - "Xəzər Lənkəran" matçı 8 dekabr 2012-ci il tarixindən, "Turan" - "Bakı" matçı isə 9 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci tarixinə keçirilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi