Azərbaycan idmançısı qrup birincisi olub finala yüksəldi (YENİLƏNİB)

Azərbaycan idmançısı qrup birincisi olub finala yüksəldi (YENİLƏNİB)
LONDON-2012 8 Avqust 2012 / 14:59 5962
-  A +

Bu gün XXX London Yay Olimpiya oyunlarında daha bir atletimiz mübarizəyə qoşulub.

Qol.Az-ın məlumatına görə, bu idman növündə son təmsilçimiz Hayle İbrahimov qaçış zolağına çıxıb.

Birinci qrupda yer alan efiopiyalı milliləşdirilmiş legionerimiz 22 atlet arasında finiş xəttinə birinci çatıb (13:25:23). Bununla da, İbrahimov final mərhələsində iştirak hüququ qazanıb. Final yarışları avqustun 11-də keçiriləcək.   

Qeyd edək ki, ötən gün olimpiadada debüt edən atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə yürüşü 32-ci pillədə başa vurmaqla mübarizəni dayandırmışdı.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi