Kanoeçi duetimizin finalda bütün rəqibləri müəyyənləşdi

Kanoeçi duetimizin finalda bütün rəqibləri müəyyənləşdi
XƏBƏR 7 Avqust 2012 / 18:44 2146
-  A +

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duetin 2012-ci il London Yay Olimpiya Oyunlarının əsas finalında bütün rəqibləri müəyyənləşib.

İki nəfərlik qayıqla (C-2) 1000 metr məsafədə yarımfinal yürüşləri yekunlaşdıqdan sonra həlledici mərhələyə daha 6 vəsiqə sahibini tapıb.

İlk yarımfinal yürüşünün qalibi finişə 3 dəqiqə 36,456 saniyəyə çatmış Aleksey Korovaşkov – İlya Pervuxin dueti (Rusiya) olub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç cütlüyü (Belarus) son anda birinci yeri əldən verib və rusiyalı duetdən cəmi 0,084 saniyə geri qalıb. 2011-ci ildə 500 metr məsafəyə yürüşdə dünya çempionu Liviu Lazar Dumitresku – Viktor Mixalaki dueti (Rumıniya) isə yürüşün axırıncı bölümündə ilk “3-lüy”ə düşməyi bacarıb və liderə cəmi 0,095 saniyə uduzub. Hər üç duet əsas finala yüksəlib. Sonrakı 2 yeri tutmuş Polşalı Martsin Qrjibovski – Tomaş Kaçor (3:37.695) və avstraliyalı Aleks Haas – Ceyk Donagey cütlüyü (3:52.018) 9 – 12-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalında çıxış edəcəklər.

Digər yarımfinal yürüşündə isə ilk 3 yeri çinli Maosinq Huanq – Li Kianq (3:37.746), çexiyalı Yaroslav Radon – Filip Dvoryak (3:37.839) və kubalı Serxuey Torres – Xose Karlos Bulnes dueti (3:41.619) tutub. Onlar da əsas finala yüksəliblər. Braziliyalı Erlon Silva – Ronilson Oliveyra (3:42.101) və anqolalı Nelson Henrikes – Fortunato Pakavira (4:18.543) duetləri isə B finalında yarışacaqlar.

Avqustun 9-da Bakı vaxtı ilə saat 13:30-da startı veriləcək final yürüşündə Sergey Bezuqlıy – Maksim Prokopenko və Peter Kretşmer – Kurt Kuşela duetləri mərkəz zolaqlarda yer alacaqlar. Buna səbəb onların seçmə yürüşün qalibi olmalarıdır.

Qeyd edək ki, Mərkəzi hissədə yer alanlar həm küləyin əks-təsirindən yayınır, həm də sol və sağdakı rəqibləri daha yaxşı görə bilirlər (Lent.az).


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi