Libertadores kuboku "Korintias"a qismət oldu

Libertadores kuboku "Korintias"a qismət oldu
XƏBƏR 6 İyul 2012 / 01:45 1498
-  A +

Braziliyanın “Korintians” klubu tarixində ilk dəfə futbol üzrə Libertadores Kubokunun qalibi olub.

Qol.Az-ın məlumatına görə, “Korintians” Argentina “Boka Huniors”unu iki oyunun nəticəsində üstələyib.

İyunun 27-də Buenos-Ayresdə keçirilmiş ilk oyun heç-heçə nəticələnib – 1:1. İyulun 4-də San-Paoloda baş tutmuş qarşılaşmada isə meydan sahibləri qalib gəlib – 2:0. “Korintians”ın hər iki qolunu Emerson vurub. “Dubl” müəllifi oyunun sonlarında əsəblərinə hakim ola bilməyib. O, qazona yıxıldığı vaxt rəqib oyunçunun sol əlinin çeçələ barmağını dişləyib. Bunun nəticəsində iki komandanın futbolçuları arasında narazılıq yaranıb. Lakin narazılığın toqquşmaya keçməsinin qarşısını almaq mümkün olub.

Qeyd edək ki, “Korintians” Libertadores Kubokunda ilk dəfə oynadığı final matçından qalib ayrılmağı bacarıb. “Boka Huniors” isə turnirin həlledici mərhələsində 10-cu dəfə iştirak edib. Argentina komandası bunlardan 6-da qalib ola bilib. Digər tərəfdən, nüfuzlu kuboku ardıcıl 3-cü il Braziliya klubu qazanıb. 2010-cu ildə “İnternasional”, 2011-ci ildə “Santos” nüfuzlu mükafata yiyələnib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi