Əvvəl dünya çempionatı, sonra olimpiada

Əvvəl dünya çempionatı, sonra olimpiada
LONDON-2012 5 İyul 2012 / 00:55 2058
-  A +

İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək.

Qol.Az-ın məlumatına görə, 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.

22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Belə qayıq tipində onun 27 rəqibi olacaq. Təmsilçimiz çempionata milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanacaq. Bu, Aleksandrovun 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınağı olacaq.

Proqrama əsasən, avarçəkənimiz mübarizəyə iyulun 12-də başlayacaq. Ertəsi gün ¼ final və təsəlli yürüşləri olacaq. Yarımfinallar iyulun 14-də, final yürüşü isə iyulun 15-də keçiriləcək.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2010-cu ildə Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi