“Qəbələ” “Vilyarreal”a uduzub mübarizəni dayandırdı

XƏBƏR 29 İyun 2012 / 12:24 1501
-  A +

“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını dayandırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsini məğlubiyyətsiz adlayan komanda 1/8 final mərhələsində İspaniya “Vilyarreal”ı ilə qarşılaşıb. Matç ispanların 7:0-lıq qələbəsi ilə tamamlanıb. Bununla da, təmsilçimiz 1/4 finala çıxmaq şansını itirib və turnirdəki çıxışını başa vurub.

İyulun 1-i vətənə dönəcək "Qəbələ" keçirəcəyi yoldaşlıq oyunu ilə Portuqaliya səfərini yekunlaşdıracaq.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi