Valeri Abramidze: “Avropada zəif rəqib olmur”

Valeri Abramidze: “Avropada zəif rəqib olmur”
XƏBƏR 27 İyun 2012 / 17:02 1657
-  A +

“Trans Narva”nı zəif rəqib adlandırmaq olmaz. Baxmayaraq ki, çoxları bizim bu mərhələni asanlıqla keçəcəyimizi düşünür. Ancaq unutmayaq ki, indi Avropada zəif rəqib yoxdur”.

Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in gürcüstanlı futbolçusu Valeri Abramidze deyib. O, Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Estoniyanın “Trans Narva” klubunu ciddi rəqib kimi qəbul etdiklərini bildirib:

“Təbii ki, qarşımıza qoyulan məqsəd mərhələni keçməkdir. Ancaq bu, o demək deyil ki, hər şey asan olacaq. “Trans Narva”nı ciddi rəqib kimi qəbul edirik və onlarla oyuna ciddi hazırlaşırıq. Çalışacağıq ki, Estoniyadakı ilk oyunda bizə sərf edən nəticəni qazanaq. Bu zaman Bakıda işimiz daha asan olacaq”.

Qeyd edək ki, "İnter" ilk matçını iyulun 5-də səfərdə keçirəcək.

Son xəbərlər